Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın 1980-ci il hərbi çevrilişindən sonra təsdiq edilmiş hazırkı konstitusiyanı əvəz edəcək yeni konstitusiyasının tezliklə qəbul edilməsinin zəruriliyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə R.T.Ərdoğan Ankarada məhkəmə orqanlarının nümayəndələri ilə görüşdə deyib.
Onun fikrincə, ölkənin cümhuriyyətin elan edilməsinin 100 illiyini (29 oktyabr) qeyd etmək və qarşısında duran vəzifələri köhnə əsas qanunla həll etmək mümükün deyil: “Bizim cümhuriyyətin elan edilməsinin 100 illiyini hərbi çevrilişdən sonra qəbul edilmiş konstitusiya ilə qeyd etməyi özümüzə rəva bilmərik. 2022-ci ildən bəri qazandığımız çətin ədalət zəfərini sivil, azadlığı təmin edən və birləşdirici konstitusiya ilə dəyərləndirmək istəyirik. Türkiyəni çevriliş dövrünün konstitusiyasından azad etmək missiyası 28-ci parlamentin əsas missiyalarından biri olacaq”, - deyən prezidentin çıxışı TRT tərəfindən yayımlanıb.
Ərdoğan konstitusiyaya dəyişikliklə bağlı iki dəfə xalqın səsverməsinə təqdim edib. 2017-ci ildə keçirilən referendumdan sonra respublikada parlament idarəetmə forması prezident üsul-idarəsi ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilməyib. Bu ilin mayında yeni prezidentlik müddətinə yenidən seçildikdən sonra Ərdoğan bildirib ki, yeni konstitusiyanın qəbulu onun administrasiyasının əsas vəzifələrindən biridir.
Qadir, Bizimyol.info






