Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə 5,5 bal gücündə zəlzə olub
Türkiyədə 5,5 bal gücündə zəlzə olub

Bu gün səhər saat 08:44-də Adananın Kozan rayonunda 5,5 bal gücündə zəlzələ olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin (AFAD) verdiyi məlumatda bildirilir.

AFAD-dan verilən məlumatlara görə, Adananın Kozan rayonunda saat 08:44-də maqnitudası 5,5, dərinliyi 11,27 kilometr olan zəlzələ baş verib. Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Zəlzələ mütəxəssisi Prof. Dr. Şükrü Ersoy zəlzələdən sonra "CNN TÜRK" verdiyi açıqlamada: "Kiçik sayıla biləcək bir zəlzələ deyil. Xüsusilə zəlzələ bölgəsində konstruktiv olaraq zədələnmiş binalara daha ciddi ziyan dəyə bilər", - deyib.

Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar mətbuata açıqlamasında ciddi neqativ halın olmadığını və Kozanda bir neçə tövlənin zədələndiyini bildirib. Adana valisi Süleyman Elban isə verdiyi açıqlamada, "Binalar, xüsusilə Kozan da araşdırılır. İndiyə qədər çökən bina ilə bağlı heç bir məlumat verilməyib", - deyə qeyd edib.

AFAD sədri Yunus Sezər açıqlamasında: "Adananın Kozan rayonunda saat 08:44-də baş verən 5,5 bal gücündə zəlzələdən sonra indiyə qədər olan vaxt ərzində heç bir neqativ hal qeydə alınmayıb. Sahədə araşdırma işləri davam edir. Komandalarımız hazırlıq vəziyyətinə gətirilib”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »