Ermənistan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib.
Bizimyol.info xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə açıqlamasında deyib.
Məlumat üçün bildirək ki, Ermənistan dövlətinin başçısı İtaliyada işgüzar səfərdədir.
"Mən şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Biz gələcəyə baxmalı, uşaqlarımıza hansı bölgəni buraxmaq istədiyimizi anlamaq lazımdır. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq", - deyə Xaçaturyan bildirib.
Vaaqn Xaçaturyan əlavə edib ki, Ermənistan regionda “sabit və uzunmüddətli sülhün əldə olunmasına, eləcə də qonşuları ilə balanslaşdırılmış münasibətlərin qurulmasına sadiqdir”.
Leyla Mirzə






