Türkiyə Malatya vilayətinin Doğanşehir rayonunda Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələdə heç bir mənfi hadisə baş verməyib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar İdarə edilməsi Agetliyi (AFAD) tərəfindən təyin olunan zəlzələ saat 17.43-də Malatyanın Doğanşehir rayonunda baş verib.
Yerin 7,05 kilometr dərinliyində qeydə alınan zəlzələ qısamüddətli panikaya səbəb olub. İlk təsbitlərə görə zəlzələdə heç bir mənfi hadisə baş verməyib.






