Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin ilk insansız hərbi zirehli nəqliyyat vasitəsi "Alpar" hansı özəlliklərə malikdir...
Türkiyənin ilk insansız hərbi zirehli nəqliyyat vasitəsi "Alpar" hansı özəlliklərə malikdir...
Türkiyənin məşhur hərbi sənaye şirkəti Otokarın rəhbəri Sərdar Görgüç bir neçə gün öncə bu ölkənin silahlı qüvvələrinə təhvil veriləcək yerli və milli "Alpar" hərbi zirehli döyüş vasitəsini  şirkətin 60 illik yubileyi münasibətilə təşkil edilmiş yığıncaqda tanıdıb.

Sərdar Görgüç bildirib ki, 60 illik yubileyini qeyd edən hərbi sənaye şirkəti Otokarın uğurunun əsasını onun davamlı özünü inkişaf anlayışı və qabaqcıl yeniliklər təşkil edir.

"Alpar" Otokar tərəfindən silahlı qüvvələrin insansız quru vasitələrinin ehtiyaclarını ödəmək üçün döyüş meydanında insanlı və insansız elementlərlə birlikdə tapşırıqları yerinə yetirə bilən platforma kimi hazırlanıb.

Maksimum yükü 15 ton olan zirehli nəqliyyat vasitəsi, avtonom və süni intellekt sistemləri ilə döyüş meydanında şəxsi heyətə qarşı təhlükə riskini azaltmaq, süni intellekt və məlumat analitikasından istifadə edərək əməliyyat sahəsindəki personal sayını azaltmaq, missiyaların, xüsusilə də rutin tapşırıqların müvəffəqiyyətini artırmaq və pilotsuz uçuş aparatlarının, eyni zamanda döyüş meydanında hərbi personalın müvəffəqiyyətini artırmaq məqsədilə dizayn edilib. Həmçinin, Türkiyənin milli insansız zirehli vasitəsi olan "Alpar" digər hərbi vasitələrlə koordinasiyalı şəkildə döyüş meydanında effektivliyin artırılması kimi məsələlərə həll yolları tapmağı hədəfləyir.

İnsansız olaraq dizayn edilən ilk ağır zirehli döyüş vasitəsi olan "Alpar" Türkiyə müdafiə sənayesi üçün bir ilkdir. Hibrid elektrik ötürücü infrastrukturuna malik olan və tamamilə səssiz işləyə bilən bu zirehli texnika avtonom və uzaqdan idarə olunma qabiliyyəti ilə seçilir. "Alpar" aşağı termal izi, təyyarədə daşınma qabiliyyəti və tez dəyişdirilə bilən batareya infrastrukturu ilə diqqət çəkir. "Alpar" həmçinin daşıya biləcəyi mini pilotsuz quru vasitəsi sayəsində missiya qabiliyyətini də artıra bilir.

Otokar şirkətinin yeni dizaynı olan bu zirehli hərbi texnikada həm də ətraf mühitin aşkarlanması və qərar qəbulu alqoritmləri daxili imkanlar hesabına işlənərək hazırlanıb. "Alpar" zirehli vasitəsi Otokar tərəfindən hazırlanmış Adaptiv Sürmə Dəstək Sistemlərinə malikdir.

Məlumat üçün qeyd edək ki, şirkət 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində özünün yeni hərbi məhsullarını nümayiş etdirəcək.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »