Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Türkiyə Ukraynada münaqişə başlayandan bir dənə də olsun hərbi gəmini buraxmayıb"
Prezident: "Türkiyə Ukraynada münaqişə başlayandan bir dənə də olsun hərbi gəmini buraxmayıb"

"Ukrayna münaqişəsi başlayandan Türkiyə Montrö Konvensiyasının müddəalarına əməl edərək, boğazlarından bir dənə də olsun hərbi gəmini buraxmayıb".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Rusiya-Ukrayna müharibəsinin 504-cü günü başa çatıb. Müharibəni dayandırmaq üçün fəal səylər göstəririk. Biz Montrö boğazları haqqında Konvensiyanı uğurla həyata keçiririk, hərbi gəmilərin keçməsinin qarşısını alırıq", - o vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »