Amerikanın F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsi İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsinə dair razılaşmanın bir hissəsi deyil.
Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib..
Eyni zamanda alyansın baş katibi qeyd edib ki, razılaşmalar çərçivəsində Türkiyəyə silah tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
"F-16 qərarı ABŞ-ın öz qərarıdır. F-16 dialoqunu alqışlayıram, lakin bu, dünənki razılaşmanın bir hissəsi deyil", - deyə Stoltenberq bildirib.
Xatırladaq ki, ABŞ Türkiyəni beşinci nəsil F-35 qırıcılarının birgə istehsalı və tədarükü proqramından kənarlaşdırdıqdan sonra Ankara öz donanmasını F-16 Blok 70/72-nin təkmilləşdirilmiş versiyaları ilə təkmilləşdirmək istəyini açıqlamışdı. Türkiyə ümumilikdə 40 döyüş maşını almaq istəyir. Daha əvvəl Menendez bildirmişdi ki, senator kimi bu təyyarələrlə bağlı heç bir sövdələşməni təsdiq etməyəcək.
Leyla Mirzə






