Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyədəki azərbaycanlıların problemləri Türkiyə-Azərbaycan platformasına ehtiyacı göstərir" - Video
"Türkiyədəki azərbaycanlıların problemləri Türkiyə-Azərbaycan platformasına ehtiyacı göstərir" - Video

Azərbaycanlılar Türkiyədə müxtəlif problemlərlə qarşılaşır. Yaşamaq üçün icazə alınması, iş tapmaq, kirayə ev tapmaq və s. digər problemlər Türkiyədə yaşamaq istəyən azərbaycanlıların əsas problemlərindəndir. Biz Türkiyəni çox sevirik. Buna fevralın 6-da baş verən zəlzələ zamanı da şahid olduq. Azərbaycan Türkiyə ilə bir can oldu o dövrdə... Türkiyədə azərbaycanlıların problem yaşamaması üçün nə etməli?

“Azərbaycan zəlzələ zamanı elə davrandı ki, sanki zəlzələ Türkiyədə deyil, Azərbaycanda idi. Həm dövlət, həm xalq əlindən gələn bütün yardımları o bölgəyə etdilər. Bəlkə biz xalq olaraq, Azərbaycan qədər o bölgəyə yetişə bilmədik, amma Azərbaycan orada idi. Bu səbəbdən də ölkə başçınıza, Azərbaycan xalqına təşəkkür edirik”.

Bu barədə Bizimyol.info xəbər portalına Ankara İş Adamları Dərnəyinin rəhbəri Bülənt Aktan danışıb.

Aktan hesab edir ki, bu zəlzələ Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirdi. Onun sözlərinə görə, Türkiyədə azərbaycanlılar sevilir.

Azərbaycanlıların Türkiyədə yaşadığı problemlərə gəldikdə, Bülent Aktan vurğulayıb ki, Türkiyənin ən böyük sıxıntısı Türkiyədə yaşayan suriyalıların, əfqanların və digər ölkələrdən gələn qaçqınların olmasıdır. Azərbaycanlılar Türkiyə üçün problem deyil.

“Əgər Azərbaycanlılar Türkiyədə problemlər yaşayırsa, bunu bürokratlarla və millət vəkilləri ilə danışıb, bu problemlərin həll edilməsi üçün əlimizdən gələni edə bilərik. Mən azərbaycanlıların burada problemlər yaşadığını bilmirdim. Biz azərbaycanlıların Türkiydə türklər kimi, yəni Türkiyə vətəndaşı kimi yaşadığını düşünürdük. Gəlin, Türkiyə-Azərbaycan platformu yaradaq”-deyə Aktan qeyd edib.

Bülent Aktan həmçinin bildirib ki, Ankaraya gələn və Ankarada hərhansı bir problem yaşayan azərbaycanlı ona müraciət edə bilər.

“Azərbaycan vətəndaşları bilsinlər ki, onların burada bir qardaşı var. Nə zaman bir problem olarsa, mən əlimdən gələni onlar üçün etməyə hazıram”-deyə sədr vurğulayıb.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »