"Ankara “taxıl müqaviləsinin” uzadılması ideyasının tərəfdarıdır".
Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü, iyulun 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər toplantısında çıxışı zamanı deyib.
Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Türkiyə ən vacib mövzular üzrə danışıqları təmin edə bilib: “Qara dəniz təşəbbüsü sayəsində biz Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına gətirə bildik və birlikdə qlobal ərzaq böhranının qarşısını aldıq. Türkiyə təşəbbüsü yaşatmağa sadiqdir və biz bundan sonra da sizin dəstəyinizə ümid edirik”, - deyib.
Xatırladaq ki, Qara Dəniz Təşəbbüsünün müddəti iyulun 17-də başa çatır.
İyulun 4-də Rusiya Xarici İşlər Nazirliyi taxıl müqaviləsinin uzadılması üçün heç bir əsasın olmadığını bildirib. Nazirlik Qərbin anti-Rusiya sanksiyalarını, o cümlədən ərzaq və gübrələrlə bağlı qadağaları yumşaltmadığına, "Rosselxozbank"ı "SWIFT"ə bağlamadığına, ehtiyat hissələrinin tədarükünə qadağa qoyduğuna, Rusiyanın bütün ərazisini bu proqrama daxil etdiyinə, yüksək sığorta dərəcələri olan müharibə riski zonalarının siyahısı, eləcə də Rusiya şirkətlərinin maliyyə aktivlərinə girişə sanksiyatətbiq edilməsini diqqətə çatdırıb.
Bundan əvvəl, iyulun 3-də “Financial Times” öz mənbələrinə istinadən yazıb ki, Aİ “Rosselxozbank”a "SWIFT"ə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir. Nəşrin məlumatına görə, bu planın Moskva tərəfindən BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar zamanı təklif edildiyi iddia edilir.
Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, taxıl müqaviləsi üzrə sazişlərin qüvvədə olma müddəti bitdikdən sonra onun yenidən uzadılmasına o qədər də ümid yoxdur.
Qida müqaviləsi 22 iyul 2022-ci ildə İstanbulda bağlanıb.
Qadir, Bizimyol.info






