Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bülent Aktan: "Türkiyədə iqtidarın dəyişməsi mövcud durumu daha da çətinləşdirə bilərdi" - Video
Bülent Aktan: "Türkiyədə iqtidarın dəyişməsi mövcud durumu daha da çətinləşdirə bilərdi" - Video

“Azərbaycan və Türkiyə əbədi qardaşdır. Bu qardaşlığı, bu dostluğu heç bir qüvə dağıda bilməz. Bu gün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən fəaliyyətlərin 50 faizi Türkiyə şirkətləri tərəfindən həyata keçirilir. Bu, bizi sevindirir”...

Bu barədə Bizimyol.info xəbər portalına Ankara İş Adamları Dərnəyinin sədri Bülent Aktan danışıb. O, qeyd edib ki, bu gün Azərbaycanda bir Azərbaycan türkünün burnunun qanamasını belə Türkiyə qəbul edə bilməz.

Ankara İş Adamları Dərnəyinin sədri Bülent Aktan Ankara İş Adamları Dərnəyinin sədri Bülent Aktan

Dərnək rəhbəri bildirib ki, bu gün Azərbaycanlı iş adamları ilə əməkdaşlıq etməyə hazırdır.

“Bu gün bir azərbaycanlının Türkiyədə bir sıxıntısı olarsa, bilsinlər ki, burada bir Bülənt qardaşı var. Əlimizdən gələn bütün yardımları da göstərməyə hazırıq”-deyə Bülent Aktan qeyd edib.

Aktan seçkilərdən sonra Türkiyədə dolların bahalaşmasından da danışıb. Onun sözlərinə görə, bu gün böhran bütün dünyada var. Yəni təkcə “Türkiyədə böhran var” demək yalan olar.

Aktanın fikrincə, Türkiyədə iqtidarın dəyişməsi mövcud durumu daha da çətinləşdirə bilərdi. Çünki mövcud iqtidar oturuşmuş iqtidardır.

“Bir ailəni, bir dərnəyi idarə etmək belə çətin olduğu bir halda, siz bir də bir ölkəni idarə etməyin necə çətin olduğunu düşünün. Bu, asan məsələ deyil. Bəzi qruplar 6 ayda vəziyyəti dəyişdirə biləcəklərini deyirlər. Bu, mümkün deyil. Türkiyə kiçik bir ölkə deyil. İqtidarın işi çətindir. Bu səbəbdən də səthi qərar vermək, səthi danışmaq olmaz”-deyə Aktan fikrini yekunlaşdırıb.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər