Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişinyovda sülh sazişinin imzalanması gözlənilirmi?
Kişinyovda sülh sazişinin imzalanması gözlənilirmi?

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan və Azərbaycan liderləri iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa siyasi ictimaiyyətinin toplantısı çərçivəsində görüşəcəkləri zaman sülh müqaviləsi imzalamağı planlaşdırmırlar. Ermənistan nazirliyi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş üzrə müzakirələr davam edir. Qeyd edilib ki, iyunun 1-də Kişinyovda sülh sazişinin imzalanması Kişinyov görüşünün gündəliyində deyil.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Kişinyovda Azərbaycanla Ermənistan liderləri, Fransa və Almaniya liderlərin birgə iştirakı ilə keçirilən görüşdə sülh müqaviləsinin imzalanması gözlənilmir. Çünki Fransanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan da razı olmaz ki, hər hansı bir sülh sazişi imzalansın.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Politoloqun fikrincə, ümumiyyətlə Ermənistan sülh müqaviləsini bağlamağa tələsmir. Buna səbəb isə, ortada hələ də razılaşdırılmayan bəndlər olmasıdır.

“Bu, Brüssel görüşünün davamıdır. Kişinyovdan sonra liderlər növbəti dəfə yenə bir araya gələcəklər. Hələ Kişinyov görüşündən sonra Ermənistanın baş nazirinin Moskvaya səfərləri gözlənilir. Ümumiyyətlə, Azərbaycan da Kişinyovda keçirilən görüşdə hər hansı bir sülh müqaviləsinin imzalanmasını istisna edirdi”- deyən politoloqun fikrincə, bu il ərzində sülh müqaviləsi bağlanmayacaq.

Məhəmməd Əsədullazadə deyir ki, hələ ki, Rusiya proseslərdə təxribatçı hərəkətlər edir və Nikol Paşinyan da Moskvaya səfərlər edir.

“Ukraynanın Rusiya qarşı əks hücumları uğurlu olacaqsa, Rusiyanın Cənubi Qafqazda mövqeyi zəyifləyəcəksə, o zaman sülh müqaviləsinə danışmaq olar. Həmçinin qərbin xüsusilə ABŞ-ın və Avropanın da düzü Ermənistana ciddi təzyiqlərinə hələ də şahidi olmuruq. Düşünürəm ki, sülh müqaviləsinin imzalanması üçün hələ normal bir atmosfer formalaşmayıb. Düzdür, Ermənistanın baş naziri müəyyən reallıqlara uyğun praqmatik açıqlamalar verir. Amma bu açıqlamalar konkret sənədlər üzərində deyil və Paşinyan hələ də qol çəkmək istəmir. Təbii ki, buna obyektiv və subyektiv səbəbləri var”- deyən politoloqun fikrincə, bu, Ermənistan daxilində siyasi proseslərdən və xaricdə Rusiyadan tam aslı vəziyyətlə bağlıdır.

Məhəmməd Əsədullazadə hesab edir ki, ümumiyyətlə Kişinyov samitində keçirilən görüşdə biz hər hansı bir müsbət bir nəticə gözləməməliyik. Çünki bu görüş danışıqlar prosesi formatının tərkib hissəsidir.

“Biz görürük ki, Ermənistan tərəfi sərhəddə atəşkəsi pozur. Təxribatlar həyata keçirir. Belə olan təqdirdə, nə Kişnyovda, nə də keçiriləcək Brüssel görüşlərində hər hansı bir sülh müqaviləsi bağlanmayacaq”,- deyə Məhəmməd Əsədullazadə qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »