Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onlara Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması sərf etmir"
"Onlara Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması sərf etmir"

İndiki vəziyyətdə sülh müqaviləsinin imzalanması mümkün deyil, çünki…

Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, “Sülh sazişinin imzalanmasından danışmaq hələ tezdi. O, bu barədə hökümətin iclasında danışıb. Qeyd edib ki, Brüsseldə Azərbaycanla sülh müqaviləsi bağlanması hələ ki, mümkün deyil. Paşinyan hesab edir ki, sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir və onun imzalanması barədə danışmaq hələ tezdir.

2020-ci il 44 günlük müharibədə qazanılan qələbədən 2 ildən çox zaman keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması yubanır, ertələnir, təxirə salınır. Sözdə sülh danışıqları aparılır, amma digər tərəfdən Ermənistan tərəfi təxribarlarından əl çəkmir…

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın “sülh müqaviləsinin imzalanması hələ tezdir” fikri ilə həmfikirdir. Çünki Paşinyan və Ermənistan cəmiyyəti sülh müqaviləsinə hazır deyil. Sülh istəyən dövlət, sülh istəyən millət “Nemezis”ə, “Nemezis” kimi terror təşkilatına Qaregin Nijde kimi faşistə İrəvanın mərkəzində heykəl qoymur.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Türkiyə ilə Ermənistan arasında sülh yaratmaq istəyirlər və eyni zamanda da Türk diplomatlarına qarşı çoxsaylı cinayətlər törətmiş terror təşkilatına abidə qoyurlar”-deyə deputat qeyd edib.

Nəsib Məhəməliyevin fikrincə, digər tərəfdən Paşinyan başa düşür ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması onun hakimyətinə sonu deməkdir. Çünki Ermənistanla yanaşı, həm də Ermənistandan kənarda dünya erməniliyi, onların lobbiçi təşkilatları eyni zamanda cəmiyyətin daxilində kifayət qədər daşnaq- millətçi xislətli, revanş götürmək istəyən, müharibə arzulayan qüvvələr var.

Deputat hesab edir ki, Ermənistanın daxilində Paşinyanın hakimiyyəti yetkin deyil. Belə ki, Ermənistan ordusunun bir çox zabit korpusu Rusiyada təhsil almış kadrlardan ibarətdir. Onların əksəriyyəti Paşinyana tabe olmurlar. Bu səbəbdən də, indiki vəziyyətdə Ermənistanla Azərbaycan arasında böyük, dayanıqlı sülh müqaviləsinin bağlanması imzalanması real görünmür.

Nəsib Məhəməliyev qeyd edir ki, digər səbəb geo-siyasi faktorlarla bağlıdır.

“Onlar uzun illər, 150 il müddət bu tərəfə gəlmiş tarixi "erməni məsələsi"nin beynəlxalq gündəlikdən çıxarılmasına imkan verməyəcəklər. İmkan vermirlər. Onlara Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması sərf etmir. Çünki bu, o deməkdir ki, Ermənistan Azərbaycanın, eyni zamanda Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir. Bu da tək Qafqaz üçün yox, eyni zamanda Türkiyə və yaxın şərq üçün də keçərlidir. Belə olduğu təqdirdə, o, geo-siyasi güclər Türkiyə və Azərbaycana təzyiq üçün erməni faktorundan və eyni zamanda çox milyardlı-külli miqdarda maliyə vəsaitindən məhrum olurlar. Təsəvvür edin, 150 illik saxta erməni soyqırımı təbliğatına son verilir, genosid məsələləri tarixin arxivinə göndərilir. Və bu güclü qüvvələr bu həm maliyə imkanlarından, geo-siyasi təzyiq rıçaqlarından məhrum olurlar”.-deyən deputat, məhz bu səbəblərdən yaxın zamanlarda böyük sülh müqaviləsinin imzalanmasını real hesab etmir.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »