Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır.
Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Qeyd edək ki, Ermənistan tərəfi bu gün başlatdığı atışma nəticəsində üç əsgərinin yaralandığını deyib.






