“Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən 2 il yarıma qədər olan müddət ərzində Ermənistanın sülhə məcbur etmək prosesini aparmaqla yanaşı ərazilərimizin minalardan təmizlənməsini də həyata keçirir. Çox təəssüflər olsun ki, Ermənistan Azərbaycanın ona doğru atdığı humanist addımlara baxmayaraq, real mina xəritələrini təqdim etməkdən boyun qaçırır. Verdiyi xəritələr də tərif olunmuş, uyğun olmayan xəritələrdir. Hər bir halda 2021-ci ilin istehsalı olan minaların ərazilərimizdə aşkar edilməsi bir daha ondan xəbər verir ki, Ermənistan bu dönəmdə də yəni İkinci Qarabağ müharibəsindən sonra imzaladığı bəyanatların mahiyyətinə zidd olaraq, yenə də Azərbaycan ərazilərini minalarla zəhərləyir”.
Bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. Onun sözlərinə görə, Ermənistan bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin, Brüssel görüşləri nəticəsində üzərinə götürdüyü razılaşmalara və öhdəliklərə zidd olaraq, eyni prosesi düşmənçilik və sülhə zidd proseslərini davam etdirir.
Xəyal BəşirovPolitoloq hesab edir ki, bunun əsas səbəblərindən biri Ermənistanın və dünya erməniliyinin məkrli və hiyləgər siyasətidir. Bununla yanaşı politoloq vurğulayıb ki, Ermənistanın bu dümənçilik siyasətinin əsasında duran ciddi amillərdən biri də beynəlxalq ictimaiyyətin, ayrı-ayrı təşkilatların Ermənistanın bu siyasi ərköyünlünə, şıltağlığına və cığallığına etinasız və laqeyd yanaşmasıdır.
“Dünyada ayrı-ayrı regionlarda baş verən bu kimi proseslərə təmamilə fərqli münasibət sərgilənir. Həmin o addımları atan Ermənistandan da dəfələrlə yüngül addımlar atan dövlətlərə və yaxud rəsmi şəxslərə qarşı səfərbər olan dünya Ermənistana münasibətdə bu addımları atmadığı üçün Ermənistan bundan ruhlanır. Əksinə nəinki Ermənistana qarşı addım atılmır, Ermənistana dəstək nümayiş etdirilir. Ermənistan da bundan ruhlanır, ürəklənir prosesi daha da uzatmağa çalışır”-deyə Bəşirov bildirib. O, qeyd edib ki, Azərbaycan bu məsələdə də təşəbbüsü öz üzərinə götürmək məcburiyyətindədir.
Xəyal Bəşirovun fikrincə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra, 10 noyabr tarixli bəyənat da daxil olmaqla imzaladığı dörd bəyanat, Brüsseldə keçirilmiş dörd görüş və Çexiyanın Praqa şəhərində əldə edilmiş razılıqlara zidd olaraq, Ermənistanın bu addımlarına cavab olaraq, 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini, BMT Baş Assambleyasının qətnaməsini və digər beynəlxalq sənədləri özü icra etdiyi kimi buna özü icra etmək məcburiyyətində qalıb.
“Azərbaycanın bu məsələdə iki çıxış yolu var. Ermənistan bu günə qədər, həm o bəyanatların mahiyyətinə zidd olaraq, addımlar atır. Həm də Azərbaycanın ərazilərini minalarla hələ də imkan tapdığı qədər zəhərləyir. Bu zəhərlənmə nəticəsində Azərbaycanın 300-ə qədər, konkret olaraq qeyd etsək 294 vətəndaşı, mülki və o cümlədən də hərbçisi bu mina terrorunun qurbanı olub. Onların bir hissəsi həyatlarını, digər hissəsi isə sağlamlıqlarını itirib. Bu prosesin davam etdiyi bir dönəmdə Azərbaycan məcburdur ki, ya imzalanmış bəyanatlardan birtərəfli qaydada çıxsın. Ya da qarşı tərəfi, yəni Ermənistanı o bəyanatlara icra etməyə məcbur etsin. O bəyanatları özü icra etdirmək məcburiyyətində qalır”-deyə politoloq bildirib.
Ermənistanın beynəlxalq hüquqa, Azərbaycanla imazaladığı bəyanatlara və digər sənədlərə zidd olaraq, atdığı addımlarla bağlı cəzasının olub olmamasına gəldikdə isə, Bəşirov qeyd eidb ki, Ermənistanın 30 ilə yaxın bir müddət ərzində Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırım və təcavüz cinayətlərinin çox ciddi məsuliyyəti var . Azərbaycan bu istiqamətdə geniş miqyaslı addımlar atır. Belə ki, Azərbaycan həm Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanlara görə, həm də eyni zamanda həmin o ziyanı, o cümlədən də Azərbaycana qarşı müxtəlif istiqamətlərdə törədilən o cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün geniş miqyaslı prosesi artıq başladıb. Beynəlxalq ədalət məhkəməsi, digər məhkəmə platformalarında düşmənin məsuliyyətə cəlb esilməsi istiqamətində, Azərbaycan mötəbər dəlillərin və subutların toplanması prosesini həyata keçirir.
“Amma hər bir halda artıq dünyada piyada əleyhinə minaların istehsalının qadağan edildiyi təqdirdə Ermənistan hələ də beynəlxalq hüquqi sənədlərə zidd olaraq, o prosesi davam etdirir. 2021-ci il istehsalı olan minaların Azərbaycan ərazisində basdırılması bir daha ondan xəbər verir ki, Ermənistan açıq şəkildə 2020-ci ilin bəyanatın maddələrinə zidd olaraq bu prosesi davam etdirir.
Eyni zamanda Laçın yolundan qanunsuz məqsədlərlə beynəlxalq hüquqa zidd məqsədlər üçün istifadə etməkdədir”-deyən politoloq bildirir ki, bu proses davam etdikcə, Azərbaycanın da bu prosesin qarşısını almaq və bu məsələdə Ermənistanı məsuliyyətə cəlb etmek siyasəti də davam etməkdədir.
Xəyal Bəşirov bildirib ki, Azərbaycan həm Ermənistanı sülhə məcbur etmək prosesini həm də, bir sıra paralel prosesləri həyata keçirir.
“Ərazilərimizin geniş miqyası quruculuq bərpa işləri ilə bağlı prosesi həyata keçiririk. Sülh prosesindən təmamilə kənar olan, Azərbaycanın daxili işi olan Qarabağdakı erməni əsilli vətandaşlarımızın Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini həyata keçiririk. Bütün bu prosesləri reallaşdıran Azərbaycan Ermənistanı müafiq məsulliyətə cəlb edilməsi addımlarını da uğurla başa çatdıracaq, eyni zamanda Ermənistan həm dövlət olaraq, həm də Ermənistana zamanında rəhbərlik etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi prosesini də reallaşdıracaq”,- deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






