Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan Rusiyadan qopmaq istəyir, amma buna siyasi iradəsi çatmır"
"Paşinyan Rusiyadan qopmaq istəyir, amma buna siyasi iradəsi çatmır"

Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırdır. Bunu baş nazir Nikol Paşinyan deyib. “Təkcə Rusiya KTMT missiyasına ev sahibliyi etməyə hazır deyil, Ermənistan da hazırdır”, - deyə siyasətçi bildirib. Onun sözlərinə görə, İrəvanın istəyi mümkün missiyanın səmərəli olmasıdır. Paşinyanın sözlərinə görə, bu, təkcə Ermənistan və KTMT üçün deyil, həm də region üçün vacibdir. “KTMT-nin Ermənistan qarşısında təhlükəsizlik öhdəlikləri var, necə ki, respublikanın Təşkilat qarşısında oxşar öhdəlikləri var. Avropa İttifaqı (Aİ) ilə KTMT-nin missiyasını müqayisə etmək mümkün deyil. KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından gözləntilərimizdən daha yüksək olmalıdır”, - deyə baş nazir bildirib.

Ağ partiyanın başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan məşhur deyimdəki kimi eyni zamanda "iki stulda oturmaq" istəyir.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Paşinyan həmişə olduğu kimi Rusiyadan qopmaq istəyir, amma, buna siyasi iradəsi çatmır. Həm də bilir ki, bu ölkəsi üçün hansı nəticələr verə bilər. Baha başa gələ bilər. Konkret Putin də bir dəfə bu haqda mesaj vermişdi. Ona görə də indi KTMT evsahibliyinə hazırdır”-deyə Əhəd Məmmədli əlavə edib.

Politoloq bildirib ki, son dövrlər anti-Rusiya, anti-KTMT dalğası Ermənistanda müşahidə edilirdi. Görünür ki, o dalğa yavaş-yavaş səngiməyə başlayıb.

“Bu dalğa iqtidarda var idi. İndi isə, Rusiya ilə münasibətləri Paşinyan düzəltmək istəyir. Bu siyasət davam edəcək. Amma, Qərb ilə də siyasət münasibətləri qorumağa çalışacaqlar. Burada yeni bir şey yoxdur. Ənənəvi Ermənistan siyasəti davam edir. Amma, biz Ermənistana basqılarımızı davam etdirməliyik. Hətta lazım olarsa, Rusiyaya da basqı etməliyik”-deyə Əhəd Məmmədli əlavə edib.

Politoloq hesab edir ki, Azərbaycan bu dönəmdə çox gecikmədən öz ərazi bütövlüyü məsələsini tam həll etməyi bacarmalıdır.

“Artıq bu haqda prezident Əliyevin də çıxışı oldu. Prezident açıq bir mesaj verdi ki, “elə etməsinlər ki, bir səhər ayılıb, başları üstündə Azərbaycan bayrağı görsünlər”. Bunlar təlxəkdirlər. Hərəsi orada özünə bir ad qoyub, prezident, nazir. Bu təlxəkliklərə, bu qondarma rejimə ilin sonuna qədər son qoymaq lazımdır”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »