Uzaqşərqliləri bir-birindən ayırmaqda çətinlik çəkirik. Məsələn çinli, yapon, koreyalı bəzən hamımızın gözündə eyni olur. Bu, beynimizin işləməsi ilə bağlıdır. Bəs niyə biz bu vəziyyəti yaşayırıq?
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Əslində biz çinli, yapon və ya koreyalıları ayırd etməkdə çətinlik çəkdiyimiz kimi, onlar da bizi ayırd etməkdə çətinlik çəkirlər. Çarpaz irq effekti adlanan bu vəziyyəti daha çox özümüzə daha az bənzəyən etnik mənşələri ayırd etməyə çalışdığımız zaman yaşayırıq. Bu səbəbdən Uzaq Şərqlilərdən başqa qaradərililəri bir-biri ilə müqayisə edə bilərik. Türkləri isə ərəblər, ermənilər, gürcülər və yunanlar kimi digər etnik mənşələrdən asanlıqla ayırd etmək olmur. Bu mövzuda dəfələrlə elmi araşdırmalar da aparılıb.
- Niyə maili gözlər eynidir?
Şimal-Qərb Universitetinin alimləri 18 ağdərili qadın könüllüyə ağ, qara, ispan, şərq və cənub Asiya kişilərinin üzlərinin fotolarını göstəriblər. Daha sonra onlara eyni üzlərin, eləcə də yeni insanların fotoşəkilləri göstərilib və onlardan hər birini əvvəllər görüb-görməmələrini soruşublar. İştirakçıların başına təcrübə boyu beyinlərinin elektrik aktivliyini qeyd etmək üçün 59 elektroddan ibarət elastik elektroensefaloqrafiya (EEQ) qapağı taxılıb. Tədqiqatçılar hadisələrlə əlaqəli sinir reaksiyalarına diqqət yetiriblər. İştirakçılar eyni etnik mənsubiyyətin simalarını daha dəqiq tanıyıblar. Mütəxəssislərin fikrincə, bunun səbəbi öz etnik mənsubiyyətimizin nümayəndələri ilə daha çox təcrübəmizin olmasıdır.
Ətrafımızdakı insanlar tünd dəri, qəhvəyi gözlər, tünd qırmızı saç kimi oxşar xüsusiyyətlərə sahib olduqları üçün beynimizdəki funksiyalar digər detallar sayəsində üzləri ayırd etməyə öyrəşib. Üzün tanınmasında burun, çənə, qaşın forması daha həlledici olur. Beyin bu detalları sintez edir və sifətin tanınmasını mümkün edir. Fərqli etnik mənsubiyyətlər meydana çıxdıqda, tanış olmayan qara dəri və maili gözlər kimi fərqli xüsusiyyətlər beyninin diqqətini çəkir və o insanların digər detalları çətinliklə yadda qalır. Bu xüsusiyyətlərə görə onları asanlıqla tanımaq mümkündür. Buna görə də başqa bir qaradərili və ya maili gözlü bir insan gördükdə, düşündüyümüz nümunəyə uyğun olduqları üçün bir-birinə bənzədiklərini düşünürük.
Uzaq şərqlilərin öz aralarında belə problemi yoxdur. Maili gözlər onlar üçün həlledici olmadığı üçün beyinləri fərqli detalları tanımaq üçün işləyir və onları öz etnik mənşələrindən ayırmaqda çətinlik çəkmirlər. Gözlərdən əlavə ağ dəri, düz və qara saç kimi xüsusiyyətlər işimizi çətinləşdirir. Əgər bir müddət Uzaq Şərq ölkəsində yaşasanız və ya tez-tez Uzaq Şərq filmlərinə baxsanız, beyniniz bu etnik mənsubiyyətə mənsub insanların üzlərini fərqləndirmək üçün detallara diqqət yetirərək özünü təkmilləşdirəcək. Bu, çatışmazlıq deyil, qrup daxilində üstünlük təmin edən təkamül uyğunlaşmasıdır.
Bu mövzuda müzakirələr davam edir və insan təkamülü və psixologiyası çərçivəsində araşdırılır.
İlahin, Bizimyol.info






