“Paşinyanın ifadələrində heç vaxt səmimilik olmayıb. O, bu gün deyilən ifadənin sabah tamamilə əksini ifadə edir. Ona görə də Paşinyanın sözlərini ciddi qəbul etmək olmaz. Bununla yanaşı regionumuzun gələcəyi əməkdaşlıq üzərində qurulmalıdır. Ona görə də Ermənistana Azərbaycanla sülh müqaviləsinin imzalanması vacibdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb
Azər Badamov“Paşinyan qeyd edib ki, Ermənistanın 29,8 min kvadrat km tanınacağı təqdirdə Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Əslində Praqada və Soçidə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etmişdi. Amma ondan sonra sülh müqaviləsinin imzalanması prosesi dalana dirəndi. İndi yenə də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirib. Amma bununla yanaşı burda yenə bir əmma qoyub. Deyib ki, Azərbaycan Qarabağla beynəlxalq səviyyədə dannışıqlar aparmalıdır”-deyən deputatın fikrincə, Paşinyanın bu fikirinin özü onu sülh müqaviləsini imzalanmağa hazır olmadığını göstərir. Çünki, prezident İlham Əliyev Qarabağ Azərbaycanın daxili məsələləsi olduğunu və heç kimlə bu məsləni müzakirə etmək fikrində olmadığını dəfələrlə bəyan edib. Hətta Salyan ASAN xidmətinin açılışı mərasimində AzTV-nin jurnalistinə müsahibədə Qarabağda yaşayan ermənilərin taleyi necə olacağı ilə bağlı çox açıq şəkildə bir daha fikir bildirdi.
“Yəni, kim ölkəmizin qanunlarına riayət edərək bizimlə yaşamaq istəsə, onlara hər bir şərait yaradılacaqdır. Kim bayrağımızın altına keçmək istəmirsə, özlərinə yeni yaşayış yeri tapmağı bildirildi. Beləliklə deyə bilərəm ki, Paşinyan regionda əməkdaşlıq mühitinin formalaşmasını, Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaranmasını istəyirsə, heç bir şərt olmadan dərhal sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirməli və təxribatlardan əl çəkməlidir” deyə deputat bildirib.
Azər Badamov hesab edir ki, sülh müqaviləsinin imzalanması dalana düşmüş Ermənistan üçün çox vacibdir.
İradə Cəlil, Bizimyol.info






