Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yol üzərində etiraz aksiyalarına baxmayaraq Azərbaycan humanitar dəhlizi açıb"
"Yol üzərində etiraz aksiyalarına baxmayaraq Azərbaycan humanitar dəhlizi açıb"

Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlıları vasitəsilə Azərbaycan tərəfinə görüş təklifi çatdırıblar. Qarabağ erməniləri bu görüşün Rusiya sülhməramlılarının komandanlığının vasitəçiliyi ilə keçirilməsini təklif edirlər. Görüşdə əsasən humanitar məsələlərin müzakirə ediləcəyi deyilir.

Xatırladaq ki, martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya hərbi kontingentinin qərargahında Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələri ilə görüş keçirilmişdi. Görüş zamanı Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyası ilə bağlı ilkin müzakirələr aparılmışdı. Sonradan rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmasları davam etdirmək məqsədi ilə, Azərbaycan Qarabağ ermənilərini reinteqrasiya məsələsini müzakirə etmək üçün Bakıda görüşə dəvət etsə də, Qarabağ erməniləri son görüş təklifindən imtina ediblər.

  • İndi bəs Qarabağ ermənilərinin və yaxud üçüncü tərəflərin istəyi nədir?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, alternativ yol Turşu-Xalfalı-Xankəndi yolu tutulandan sonra ermənilərin nəfəsliyi qapanıb. Hazırkı vəziyyətdə orada olan separatçılar bölgəyə silah-sursat, qanunsuz vasitələr keçirə bilmirlər.

Samir Hümbətov Samir Hümbətov

“Düzdür, Azərbaycan tərəfi Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyaları keçirilməsinə baxmayaraq, humanitar dəhlizi açıb”,- deyən politoloq hesab edir ki, bu sadəcə planlı şəkildə atılmış bir addımdır. Separatçılar əslində belə davranmaqla dünyaya göstərmək istəyirlər ki, “biz artıq humanitar fəlakətlə üz-üzəyik. Azərbaycan höküməti bizi sıxır. Acından ölməmək üçün məcbur qalıb, Azərbaycan höküməti ilə danışıqlara gedirik”.

Belə bir imic yaratmağa çalışırlar. Ancaq görünən odur ki, Rusiya tərəfi də müəyyən mənada “gedib danışın, Azərbaycanla. Bəzi məsələləri həll edin” deyir.

“Siz danışıqların məqsədinə diqqət edin, “humanitar məsələləri müzakirə etmək”. Başqa fikir səsləndirilmir. Burada ancaq və ancaq beynəlxalq ictimaiyyətdə rəy formalaşdırmaq üçün addımlar atılır. Məzlum sima yaratmaq üçün belə addım atırlar”-deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »