Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü mayın əvvəlində Moskvada baş tuta bilər.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A-Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, bununla bağlı Rusiya XİN-dən ilkin məlumat daxil olub, lakin görüşün tarixinin dəqiqləşidirilməsi prosesi davam edir.






