Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: "Orta Dəhlizdə türk dünyası xüsusi yer tutur"
Çavuşoğlu: "Orta Dəhlizdə türk dünyası xüsusi yer tutur"

Xəzər dənizi vasitəsi ilə Orta Dəhlizin parçası olan dəhlizlərin önəmi artır və burada türk dünyası xüsusi yer tutur.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Özbəkistan, Türkmənistan və Özbəkistan ilə nəqliyyat layihələri həyata keçirilir. Bundan əlavə, TANAP qaz xətti vasitəsi ilə türkmən qazının Avropaya tədarükünə dair işlər davam edir.

Çavuşoğlu həmçinin regional təhlükəsizlik məsələlərinə toxunaraq, Suriyada dördtərəfli format çərçivəsindəki danışıqlar zamanı ölkəsinin təhlükəsizliklə bağlı güzəştə getməyəycəyini vurğulayıb.

Nazir, Türkiyənin İsraillə münsaibətlərinin normallaşma prosesinin başladılmasına baxmayaraq, Fələstin xalqının hüquqlarının pozulmasına göz yummayacağını da diqqətə çatdırıb.

Son xəbərlər
Bütün xəbərlər »