Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin cümə günü telefonla Qarabağdakı vəziyyəti və Laçın dəhlizini müzakirə ediblər.
Bizimyol.info xəbər verir ki, u barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı baş nazir Paşinyan Azərbaycanın Laçın dəhlizi və Qarabağdakı gərginliyin aradan qaldırılması kontekstində Rusiyanın sülhməramlı missiyasının ardıcıl addımlar atmasının vacibliyini vurğulayıb.
Tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərini də müzakirə ediblər. “Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, o cümlədən regional nəqliyyat infrastrukturunun blokunun açılması ilə bağlı məsələlərə baxılıb. Tərəflər həmçinin Ermənistan-Rusiya münasibətlərinə dair məsələləri də müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.
Qadir, Bizimyol.info






