Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəcəb Tayyib Ərdoğanın rəqibi kim olacaq?
Rəcəb Tayyib Ərdoğanın rəqibi kim olacaq?

“Türk seçicisinin 70 faizi sağ partiyalara səs verən milliyətçi, mühafizəkar, dindar və 30 faizi sol sosial-demokrat Marksist, Qərbmeylli kəsimdir.

“Altılı masanı” təşkil edən 5 partiya sağçı-milliyyətçi, mühafizəkar, biri Cümhuriyyət Xalq Partiyası da tərkibini sosialist, sosial-demokrat, Marksist qrupları təşkil edən siyasi partiyadır. “Altılı masa” namizəd seçərkən seçicilərin bu vəziyyətini nəzərə alaraq, namizədin Cümhuriyyət Xalq Partiyasından, amma milliyyətçi, mühafizəkar və sağcı bir ənənədən gələn bir siyasətçi olmasına diqqət etməsi, “Respublika İttifaqına” qarşı seçkini qazana bilməsi üçün tək yol kimi görünür. Çünki solçu namizədə “Altılı masanın” beş komponentinin seçicisi səs verməyə bilər. CHP-dən kənar sağcı bir namizəd olarsa, bu dəfə də CHP seçicisi bu namizədə səs verməyə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay Türkiyədə keçiriləcək prezident seçkiləri bağlı danışarkən bildirib. Onun sözlərinə görə, bu baxımdan Ekmeleddin İhsanoğlu modeli ciddi bir şəkildə nümunədir.

Hasan Oktay Hasan Oktay

Siyasi şərhçi qeyd edir ki, “Altılı masa” bu şəkildə öz səslərini namizədinin ətrafında birləşdirə biləcək. Belə olarsa, “Altılı masa” məntiqli bir şəkildə təhlil edərək, öz namizədini müəyyən edə biləcək. “Respublika İttifaqının” xüsusilə zəlzələdən sonra seçiçilər arasında ciddi şəkildə etibarını itirdiyi müşahidə edilir. Prezidentin Adıyamanda çıxışı zamanı “İki gün gec gəldiyimiz üçün haqqınızı halal edin” cümləsi ilə bütün Türkiyədə ciddi bir narazılığa səbəb oldu. Qarşıda olan seçkilərdə əsas gündəmində müzakirə mövzusu zəlzələ, iqtisadi böhran, Türkiyənin yenidən strukturlaşdırılması, zəlzələ bölgəsində əhali hərəkətliliyi, Hatayın yenidən Suriya üzərindən ingilis və fransızların əlinə keçmə ehtimalı olacaq.

Politoloqun fikrincə, “Millət İttifaqı” Atatürkün mirası olan və Türk millətini Atatürk ətrafında birləşdirmək üçün Hatayın təkrar Türkiyəyə qazandırılması təbliğatı ilə Hatay Böyükşəhər bələdiyyə sədri Lütfü Savaşı prezidentliyə namizdə kimi göstərə bilər. Zəlzələ şərtləri, coğrafiyanın yenidən bərpa edilməsi, problemlərin daha rahat həll edilə bilməsi üçün zəlzələ bölgəsindən bir namizədin xalqın qarşısına çıxması, xalqda böyük simpatiya yarada bilər. Hatayın, xüsusilə Suriya böhranından sonra ərəbləşməyə başlaması Hatayın Türk əhalisinin Hatayı tərk etməsi və bölgənin təkrar ərəblərin əlinə keçməsi, Atatürkün vəsiyyətinə görə, Hatayı təkrar Türkiyə Cümhuriyyətinə qatmaq üçün “yeni bir prezident Hataydan”, “ikinci bir prezident” deyə “Millət İttifaqının” həyata keçirəcəyi təbliğat 60 faiz seçici səsini qazandıra bilər.

Hasan Oktay bildirib ki, Hatay bir ilə yaxın müstəqil qalıb. Bu dövrdə Tayfun Şofben adlı bir prezidentlə Türkiyəyə qatılmışdı. Onun fikrincə, zəlzələdən sonra zəlzələ bölgəsinin yenidən Türkiyəyə qatılmasını təmin etmək üçün Hataydan bir prezident Türkiyə Cümhuriyyətinin yenidən strukturlaşdırılması baxımından qurucu dəyərlərə dönməsi baxımından çox əhəmiyyətli bir fürsətdir. Çünki “Respublika İttifaqı” inşaat lobbisi və sahəsinin istiqamətləndirilməsi ilə bölgənin əsas məsulu kimi görünür. Belə ki, bölgədəki 11 şəhərin 9-u AK partiyadan, ikisi Cümhuriyyət Xalq Partiyası tərəfindən idarə edilir. Yəni 77 ilçə yəni rayonun çoxu AKP tərəfindən idarə edilir. Qısası, zəlzələ bölgəsində bütün məsuliyyət hökümətə aiddir. Zəlzələnin üzərindən 20 gün keçməsinə baxmayaraq, hələ də böyük problemlərin yaşanması hökümətin uğursuzluğu kimi “Altılı masa” tərəfindən təbliğ ediləcək.

“Seçkilərin təbliğatının mərkəzində zəlzələ olacağı üçün “Altılı masa” üçün ən yaxşı namizəd Hatay Bələdiyyə sədri Lütfü Savaş görünür. Təbii ki, qərarı “Altılı Masa” verəcək”-deyə Hasan Oktay bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »