Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu Fransa XİN başçısı ilə PKK-nın törətdiyi iğtişaşları müzakirə edib
Çavuşoğlu Fransa XİN başçısı ilə PKK-nın törətdiyi iğtişaşları müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb.

Bu barədə APA-ya Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı dekabrın 23-də Parisdə bir fransızın hücumundan sonra zorakılığa səbəb olan hadisələr müzakirə olunub.

Çavuşoğlu beləliklə Fransanın terror təşkilatlarının əsl üzünü gördüyünü, PKK/PYD/YPG dairələrinin hücum bəhanəsi ilə Türkiyəyə qarşı başlatdığı qara təbliğatın, bu təbliğat fəaliyyətlərinə icazə verilməməsinin lazım olduğunu vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »