Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buz üzərində sürüşməkdən qoruyan qəribə üsul
Buz üzərində sürüşməkdən qoruyan qəribə üsul

Öz TikTok səhifəsini idarə edən britaniyalı Mel adlı qız oxucularına buzlu yollarda sürüşüb yıxılmamaq üçün çəkmələrinin üstündən corab geyinməyi tövsiyə edib. Qışda yıxılmamaq üçün qeyri-adi üsul “My London” nəşrinin diqqətini çəkib.

Onun səhifəsində yerləşdirilən videoda onun çəkmələrinin üstünə geyindiyi corabla buz üzərində necə gəzdiyini görmək olar.

“Bu, hər şeyi tamamilə dəyişir. Yerin səthi sürüşkən olanda çəkmələrimizin üstünə corab geyinirik”,- deyə o, videoda deyir.

Videonun başlığında Mel bunun zarafat olmadığını izah edib. "Sonra mənə təşəkkür edəcəksən",- deyə o əmin edib.

Şərhlərdə abunəçilər bu metodun effektivliyini təsdiq ediblər. “Bunu etməyi mənə illər əvvəl nənəm öyrətmişdi! Əla işləyir!”,- deyə şərhçilərdən biri yazıb.

Emin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »