Bütün texnoloji cihazlarda, xüsusən də smart cihazlarda proqram yeniləmələrinin edilməsi əksər istifadəçilər üçün normal haldır, lakin yeniləmələr zamanı rast gəlinən bəzi xətalar istifadəçilər üçün məlumatların itirilməsi riski yaradır.
Əməliyyat sistemi yeniləməsini planlaşdırarkən ehtiyat nüsxəsinin yaradılması görüləcək işlər siyahısında birinci yerdədir. Məlumatların buludda və ya başqa bir diskdə ehtiyat nüsxəsinin çıxarılmasının vacibliyinə diqqət çəkən ekspertlər, səhv çıxa biləcək bütün imkanlarla birlikdə ehtiyat nüsxədən sonra məlumatların yoxlanmasının vacibliyini vurğulayırlar.
Beləliklə, ekspertlər tərəfindən əməliyyat sisteminin yenilənməsi zamanı məlumat itkisinə səbəb olan 5 kritik səhvi sadalanıb və istifadəçilərin bu səhvlər qarşısında nə etməli olduqlarını bildirilib.
1. Ani güc itkisi
Proqram təminatının yenilənməsi zamanı texnoloji cihazların qəfil enerji itkisi istifadəçilərin məlumatlarını itirməsinə səbəb olur. Ani enerji itkisi, yeniləmə prosesinin kəsilməsi və sistemdə formatlaşdırmanın baş verməsi kimi hallar məlumatların zədələnməsinə səbəb olur.
2. “Mavi ekran” xətası
Əməliyyat sistemini yeniləyərkən baş verə biləcək bir “mavi ekran” xətası (və ya: Driver Power State Failure ) müxtəlif “fəlakət ssenariləri”nə səbəb olur. Belə hallarda, cihazlardakı məlumatlar heç bir şəkildə əldə edilmir və istifadəçilər məlumatları geri almaq üçün peşəkar məlumat bərpa xidmətinə ehtiyac duyurlar.
3. Kifayət qədər saxlama yerinin olmaması
Sistem yeniləmələri zamanı “driver”də kifayət qədər yaddaş sahəsi yoxdur və bu, sistemin yalnız qismən quraşdırılmasına imkan verdiyi üçün sistemin yenidən başlamasına səbəb ola bilər. Eyni zamanda, sistem istənilən fayla girişi də bloklayır. O qədər ki, kritik yeniləmə prosesindən əvvəl “driver” sahəsini yoxlamaq çox vacibdir. Quraşdırma zamanı istifadə olunan müvəqqəti faylları yerləşdirmək üçün sistem sahəsi tələbini iki dəfə artırmaq tövsiyə olunur.
4. İstifadəçi tərəfindən yaradılan səhvlər
Naməlum səbəblərdən əməliyyat sisteminin yenilənməsi zamanı xətalar baş verə bilər. Bu nöqtədə məlumat itkisinə səbəb olan vəziyyət adətən istifadəçi faktorundan qaynaqlanır. Yeniləmə zamanı müşahidə olunan problemlərə qarşı ekrandakı məlumat pəncərələri həmişə nəzərə alınmalıdır. Bunun əksi kimi bir vəziyyət istifadəçinin yanlış seçim etməsinə səbəb olur və sistemə böyük ziyan vurur. Buna görə də bütün təlimatların istifadəçilər tərəfindən diqqətlə oxunması tövsiyə olunur.
5. EFS şifrələməsinin çıxarılması
“Windows” cihazlarında fayl şifrələmə sistemi olan “EFS” məlumatların təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Lakin “EFS” şifrələməsi ilə şifrələnmiş məlumatlar yeniləmədən sonra istifadəçilərin məlumat itkisinə səbəb ola bilər. Şifrələnmiş faylların fonunda istifadə edilən əsas identifikator faylı, yeniləmələrlə köhnə əməliyyat sistemində qaldığı üçün məlumatlara girişin qarşısını alır. Bu səbəbdən istifadəçilər yeniləmədən əvvəl “EFS” şifrələməli məlumatların olub-olmamasına və ya bu funksiyanın aktiv olub-olmamasına diqqət yetirməlidirlər.
Mətin Şükürlü, Bizimyol.info






