Türkiyə milli müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı aparılıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı NATO, həmçinin ikitərəfli və regional müdafiə məsələləri müzakirə olunub.






