18 oktyabr tarixində "Marketinq Sənayesinin Ən Böyük Görüşü" Qlobal Marketinq Sammiti 2022, Marketinq dünyasının əfsanəvi ustadı Filip Kotlerin "Dayanıqlılıq" adlı açılış nitqi ilə başlayıb.
Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, marketinq dünyasının ən böyük görüşü sayılan sammit Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğu ilə 18-21 oktyabr 2022-ci il tarixlərində baş tutacaq. Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir araya gətirərək “Ulduz Yağmuru” yaşatmağa davam edir.
İlin ən böyük marketinq tədbirində xəbər aparıcısı Başak Şengül sammitin açılışını təqdim edib. İştirakçıları və qonaqları salamlayan aparıcı Başak Şengül, sammit haqda daha ətraflı məlumat verməsi üçün sözü sammitin prezidenti, KREA M.I.C.E. Qurucusu və baş direktoru Seda Mızraklı Ferikə verib. Şirkət rəhbəri, sammitin əhəmiyyəti və növbəti günlərdə iştirakçılara təqdim olunacaq çıxışlar haqda məlumat verib. Sammitin ötən il də qonağı olan məşhur spikeri gözlətmək istəməyən Ferik, sammitin iştirakçılarını ilk açılış nitqi üçün fəxri qonağın çıxışını izləməyə dəvət edib.
KREA M.I.C.E. qurucusu və baş direktoru Seda MızraklıSammitdə "Qlobal Marketinq Sammiti 2022" tədbirinin "Fəxri Spikeri", 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip Kotler "Dayanıqlılıq" adlı açılış nitqi ilə çıxış edib. Marketinq 5.0 mövzusu haqda danışan professor, dəyişən dünya nizamının biznes mühitinə və insanlara təsirinin olduğunu vurğulayıb.
"Hərkəs keçmişə dönmək istədiyini deyir. Təbii ki, bu asan olmayacaq. Biz də şirkətlər olaraq, bir mövqeyə sahib olmalıyıq. İndi birçox şirkət müştəri itirməmək üçün müəyyən bir mövqe ortaya qoymaqdan çəkinir. Ağıllı strategiya tətbiq edən şirkət, müştərilərini tanıyır və müştəriləri üçün dünyanı yaşamağa dəyərli hiss etdirməyi bacarır. Müştərilərinin qayğılarını bilən şirkətlər buna müsbət reaksiya verə bilir" - deyə Kotler çıxışında qeyd edib.
Qlobal Marketinq Sammiti 2022-nin "Fəxri Spikeri", 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip KotlerSülhün əhəmiyyətini vurğulayan Kotler, dünyada baş verən proseslərə laqeyd qalmağın mümkünsüz olduğunu deyib. Hələ də davam edən Rusiya-Ukrayna müharibəsinin də dünyada müəyyən dəyişikliklərə səbəb olduğuna toxunan professor, müharibə şəraitində iş dünyasının da öz ritmini itirdiyini bildirib. Marketinq ustadı, müharibə dövründə sadəcə silah istehsalçılarının qazanclı çıxdığını qeyd edib. Onun sözlərinə görə, sülh şəraitində olan bir dünyada biznes mühiti daha rahat və təhlükəsiz olur.
"Son olaraq qeyd etmək istəyirəm ki, texnologiya böyük bir gücdür. Eyni zamanda ətraf mühit də böyük əhəmiyyətə malikdir. Və biz texnologiya ilə ayaqlaşmağı bacarmalı, fəaliyyətimizin inkişafına səbəb olacaq vasitələrdən istifadə etməyi bacarmalıyıq.
Eyni zamanda təbiətə, ətraf mühitə də diqqət və qayğı göstərməliyik. Bugünə qədər laqeyd qaldığımız və diqqətdən kənarda saxladığımız bir mövzudur. Bunu inkar edəcəyimizi düşünmürəm. Resurslarımızı israf etdiyimizi qəbul etməliyik. Kütləvi ağac kəsilməsi, qanunsuz balıq ovu da buna ən görünən nümunədir" - deyən professor şirkətlərin gələcək üçün doğru proqnozlaşdırma apararaq ayaqda qala biləcəyini bildirib və bunun üçün müəyyən suallara cavab tapmağın əhəmiyyətini vurğulayıb.
"Bu suallara cavab axtarmalı olduğumuzu düşünürəm. Ölkəniz üçün hansı həcmdə iqtisadi böyümə mümkündür? Şirkətiniz üçün hansı həcmdə iqtisadi böyümə mümkündür? Təbii ki, burada diqqət olunmalı nüans sağlam iqtisadi böyümədir. Bunu təbiətə və insanlara mənfi təsir edən "vəhşi" iqtisadi böyümədən ayırmalıyıq. Mütləq öz şirkətiniz daxilində və sektorunuzda müzakirələr aparmağa davam edin. Dünya dəyişir və bu dəyişimin hansı istiqamətdə irəlilədiyini proqnozlaşdırmağa çalışın" - deyə professor əlavə edib.
Sammitin prezidenti, KREA M.I.C.E. Qurucusu və baş direktoru Seda Mızraklı Ferik tərəfindən idarə olunan və canlı yayımda “Marketinq Sektorunun Dünyadakı Ən Nüfuzlu” adı - Kotler, izləyicilərin suallarını da cavablandırıb. Çıxışın sonunda professora təşəkkür edən şirkət rəhbəri Seda Mızraklı Ferik, sammitin fəxri spikeri olduğu üçün marketinq ustadına öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.
Orxan Musabəyli, Bizimyol.info






