"Partlayış sonuncu nəticədir. Bu gün Malaziya dövlətinin 20 meqavat gücündə nüvə reaktoru tikib. İran əvvəlcə istəmirdi, indi atom bombası əldə etməyə çalışır. Şimali Koreya və Pakistan nüvə silahlarına malikdir. Bunu nəzərə almaq lazımdır. Dövlətin strateji qüdrətini təmin edən sütünlardan biri də nüvə elmləri, nüvə texnologiyalarına malik olmasıdır. Qardaş Türkiyədə də bu istiqamətdə müasir elm sürətlə inkişaf edir. Və texnologiyalar yaranır".
Bu barədə Bizimyol.info xəbər portalına, kimya elmləri doktoru, akademik Adil Qəribov danışıb. O bildirib ki, Ermənistanda heç bir tədqiqat nüvə reaktoru yoxdur. Amma çirkli bomba düzəltmək üçün onun çirkli radioaktiv maddələri var. Bunu etmək üçün isə, nüvə tədqiqatları sahəsində böyük kadr potensialı olmalıdır. Akademik bildirib ki, hər hansı bir nüvə hücumu və ya nüvə hadisəsi baş verən zaman Fövqəladə Hallar Nazirlyinin xüsusi radioloji qrupu var.
Adil Qəribov“Onların ilkin yardım göstərmək üçün hər cür imkanları var. Radioaktiv maddələrin toplanması, daşınması üçün imkanlar mövcuddur. Amma hadisələr planlı şəkildə davam etmir. Hər bir ölkə çalışır ki, yeni növ silahlara sahib olsun. Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin nəzdində İzotop mərkəzi var. Mən Kəmaləddin Heydərovun bacarığına inanıram. Qonşuda Ermənistan var, çirkli bomba düzəldə bilər. Qonşumuzda İran var. Nüvə texnologiyası ilə öyünür. 30 kiloqram 99 faiz zənginləşmiş uran-235-i İran çoxdan alıb”,- deyə akademik əlavə edib.
Qeyd edək ki, İran nüvə silahı əldə etmək üçün iş görsə də, İsrail və ABŞ buna imkan verməyəcəklərini deyirlər. Zaman-zaman İsrail İranın nüvə alimlərini aradan götürür. Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden də bildirmişdi ki, ABŞ İsrailə söz verib və İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcək.
Türkiyə də nüvə silahına sahib olmaq haqqını dəfələrlə ortaya qoyub. Hətta bəzi təsdiqlənməyən mülahizələrə görə, Türkiyə gizli şəkildə nüvə silahını əldə edib. Amma buna dair tutarlı sübutlar yoxdur. Belə fikirlərin yaranmasına Türkiyənin Pakistanla yaxın əlaqələri yol açıb. Pakistanın nüvə mütəxəssislərinin Türkiyədə müxtəlif layihələrə cəlb olunması bəlli olsa da, onların konkret olaraq hansı işlə məşğul olduğu dəqiq bilinmir.
İlahin, Bizimyol.info






