Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nüvə silahından istifadə hansı fəlakətlərə yol aça bilər? - Adil Qəribov açıqlayır
Nüvə silahından istifadə hansı fəlakətlərə yol aça bilər? - Adil Qəribov açıqlayır

Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi, akademik Adil Qəribov Bakı Dövlət Universitetini bitirdikdən sonra, Radiasiya tədqiqatları sektorunda aspiranturaya daxil olub. Onun ilk tədqiqatı nüvə enerjisinin neft-kimya sahəsində tətbiqinə aid olub. 1977-ci ildədünyada ilk enerji böhranı başlandığı dövrdə o, atom-hidrogen enegetikası sahəsində tədqiqatlara başlayır. Həmin ildən Moskvanın İqor Kurçatov adına Atom Enerji İnstitutu ilə birgə tədqiqatlara başlayır. 1986-cı ildə Adil Qəribov Moskvaya dəvət alır və su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi hidrogen təhlükəsizliyi və qəzaların səbəbləri ilə bağlı tədqiqatlar aparır. Adil Qəribovun bu sahədə 500-ə yaxın elmi əsəri və 15-ə yaxın patenti var. 17 il Kurçatov adına institutla təmasda olub və tədqiqatlar aparıb.

Elmlər doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin üzvü Adil Qəribov Bizimyol.info xəbər portalına nüvə silahları barədə danışıb.

Adil Qəribov Adil Qəribov

- Rusiya prezidenti Vladimir Putin, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanı nüvə silahı ilə hədələyir. Nüvə silahı nədir? Bu silahın təsirləri nələrdən ibarətdir? Putin, həqiqətən nüvə silahından istifadə addımını ata bilərmi?

- Son dövrlər dünyada baş verən proseslər konstekstində ölkələr bir-birini hədəkəmək üçün nüvə silahlarından istifadə edir. Kurçatov 1942-1943-cü ildə yazırdı ki, “dünyada olan enerji mənbələrinin 98 faizi nüvələrdə toplaşıb. Yalnız 2 faizi karbohidrogen, karbon, neft-qaz və kömür şəklində cəmləşib”. Dünya sadəcə bu 2 faizi istifadə edir. 98 faiz isə, istifadə edilmir. 1954-cü ildə ilk Atom Elektrik stansiyası Sovet İttifaqında Obninsk şəhərində işə düşəndən 1986-cı ilə qədər atom enerjisi dünyanın enerji təminatının 17 faizini təşkil edirdi. Həmin dövrdə qəza baş verdi. Və bu faiz düşə-düşə 1998-1999-cu ilə qədər 10 faizə qədər düşdü. Yenidən yüksəlmək istəyirdi ki, 2011-ci ildə Fukisimo baş verdi və bu faiz yenidən düşdü. Baxmayaraq ki, iki qlobal qəza baş verib, dünyanın enerji təminatında nüvə-atom enerjisi əvəzsiz imkanlara malikdir. Və güman edirəm ki, o, öz layiqli yerini tutacaq.

Günəş və külək - bunlar enerjiyə qənaətedici sistemdir. Bunlar çox gözəldir, onlardan istifadə etmək lazımdır. Amma onlar əsas enerji mənbəyi hesab edilə bilməz. İndi dünyanın əsas enerji mənbəyi karbon əsaslı, neft-qaz və kömür əsasında olan yanacaqlardır. Bunların da əsasında dünyanın qlobal ekoloji problemlərini görürük. Yəni təkcə enerji təminatı, insanların rahat həyatını təmin etməklə bərabər ilk nüvə enerjisinin tətbiq sahəsi də əfsuslar olsun ki, hərbi sahə olub.

1945-cildə ABŞ Xerosima və Naqasaki şəhərləində atom bombalarından istifadə etmişdi. Çox maraqlıdır ki, indiki taktiki nüvə silahları “malış” tipli nüvə silahlarına aiddir. Onlar kiçik silahlardır. Və bu silahlar dünyanı dəhşətə gətirən bir mənzərə törətmişdi. İndi ölkələr bu keçən dövr ərzində dünyada bəhsəbəhs atom-nüvə silahlarını sintez edir və buna cəhd edirlər. Bütün ölkələr inkişaf etdikcə, dövlətlərin imkanları artdıqca, onlar bu silahı əldə etməyə çalışırlar. Heç də gizli deyil ki, indi dövlətlərin gücü onların nüvə silahlarına malik olması ilə ölçülür. Qalan silah növləri istənilən halda məhv ola bilər, yox edilə bilər.

Nüvə silahı dedikdə biz iki mənbəni nəzərdə tuturuq. Birincisi bölünən nüvə əsasında alınan nüvə silahıdır. Bölünən nüvələrə uran, plutonium və torium aiddir. Bunlar əsasında neytronlarla reaksiyaya girdikdə yüksək parçalanma sürəti ilə parçalanırlar. Bu zaman külli miqdarda enerji ayrılır. Hər bir parçalanmada 200 milyon elektrovolt enerji alınır. Əgər bunu kelvinə, temperatura çevirsək çox böyük enerjidir. Yəni bu böyüklükdə, külli miqdarda enerji ayrılır. 1896-cı ildə radioaktivlik kəşf olunub, 1910-cu ildə Birinci Dünya Müharibəsi ərəfəsində bəzi dövlətlərdə belə bir fikir yaranmışdı ki, “niyə biz radioaktivliyi silah kimi istifadə etməyək”.

Nüvə proseslərinin idarə olunmasının 1932-ci ildə neytronun kəşfindən sonra, tədqiqatlar apararaq, belə bir silahın yaranma ideyası artıq 1940-cı ilə qədər, nəzəri əsası işlənmişdi. İlk tədqiqat nüvə reaktoru Amerikada Çikaqoda yaradılıb. Parçalanmaya, yəni Uran 235-ə əsaslanmış ilk bombalar plutonium, uran 235-ə əsaslanmış atom bombalar da Amerikada hazırlanmışdı. Bundan sonra Sovetlər Birliyində böyük bir proqram işlənildi. 1948-1949-cu illərdəki proqramdan sonra, 1952-1953-cü ildə artıq Sovetlər Birliyində bu tip silaha malik olma, parçalanan uran və plutonium əsasında atom bombası yaradılması nəzəriyyəsi irəli sürülmüşdü.

- Nüvə silahları hansı təsirlərə malikdir?

- Bu bombalar, əsasən ilkin gücünə görə 20 min ton tratil ekvalentinə qədər olan bombalar nominaldır. İndi bunlara taktiki bombalar da deyirik. Bu bombalar az güclü, mobil istifadə edilə bilən atom bombalarıdır. Digər bombalar milyon tratil gücünə malik olan bombalardır. Partlayış zamanı müəyyən zaman zərbə dalğası əmələ gəlir. İşıq şüalanması, yəni çox güclü şüalanma gedir. Sonrakı dövrdə isə, sürətli radiasiya gedir.

Məsələn, hələ də Çernobıl ərazisində insanlar yaşaya bilmir. Orada radioaktivliyə görə, acınacaqlı vəziyyət müşahidə edilir. Bomba hazırlamaq üçün kritik kütlə deyilən vahid var, yəni təqribən ən kiçik bomba hazırlamaq üçün təqribən 30 kq uran-235 lazımdır. Yəni 30 kq uran 235 götürülür və uran 238-dən də örtük kimi istifadə edilir. İçəridə neytron datçiklər də var. Bunlar vasitəsilə partlaya bilər.

Ən kiçik - “malış” adlanan, Xerosima və Naqasakiyə atılmış bombalar nəticəsində tələf olunmuş insanların miqdarına və bu hadisə zamanı baş vermiş digər təsirlərə baxsaq acınacaqlı vəziyyətin olduğunu görmüş olarıq. Xerosimada atom bombası zamanı 78 min, Naqasakidə 23 mindən çox adam ölüb. İtkin düşənlər 13 min Xeromiadadır, 2 minə yaxın Naqasakidədir. Hər birində 30 min, 37 mindən çox insan yaralanıb. Burada demək olar ki, tamamilə dağılmış ərazi 13 kilometrə yaxın Xerosimada, 5 km-ə qədər Naqasakidədir. Bu, böyük bir ərazidir. Kiçik miqdarda bombanın təsiri nəticəsində bu cür dəhşətli hadisə baş verib.

Əgər biz bombaların kütlələrinə baxsaq, onlarda 50-60 kiloqramdan artıq uran olmayıb. İndiki bombalarda bu çox güclüdür. Və 30-650 kiloqram ilkin kiçik bombalardır. İndiki strateji bombalarda bu çəki çox böyükdür. Tonlarladır. Yəni belə bir bombanın partlayıcısı yaratdığı effektlər çox böyük ağır vəziyyətlər yarada bilər. Bunun üçün də bu məsələ diqqət mərkəzində olmalıdır. Bir nüansı da qeyd etmək istəyirəm ki, o bombaların partlayışı zamanı mərkəzdə çox yüksək temperatur olur. Bu bombların təsir gücü çox güclü olur.

- Bombalar hansı üsulla daşınır?

- Bombalar adətən gücünə görə, ərazilərə müxtəlif üsullarla daşınır. Birinci üsul -çəkisi 500- kiloqrama qədər bombalar artilleriya vasitəsilə, yəni onlar toplarla vurula bilir. Yəni onların atış səviyyəsi indiki müasir toplarla 30-70 kilometrə qədərdir. Bundan başqa idarəolunan raketlərlə çatdırırlar, bununla 1000 kilometr məsafəyə qədər çatdırmaq mümkündür. Aviasiya ilə, sualtı qayıqlarla həmin məsafəni gedə bilir.

Bundan başqa bombalar bir neçə yerdə partladıla bilər. Yəni adətən güclü olsun deyə bombalar adətən yer üstü yerdən 150-200 metr yuxarıda partladırlar ki, onun təsiri ətraf mühitə çox olsun. Bu səbəbdən də partlayış zamanı ilkin temperatur milyon dərəcə, təzyiq milyon atmosfer olur. İlkin partlayış zamanı işıqlanma zərbədən qabağa yayılır. Amma bir qədər sonra zərbə daha sürətlə gedir və işığı keçir. Və zərbə dalğası daha güclü ətraf mühitə yayılır. Artıq 10/1 saniyədən sonra ətraf mühitdə temperatur 2000 C-yə qədər olur. 2000 C, az tempratur deyil. Yəni bütün metal əriyir. Bomba partladıqdan 0,3 saniyədən sonra ikinci bir temperatur qalxır. Bu zaman temperatur 7000 C-yə qədər olur. Bu da artıq nüvə proseslərinin gedişini göstərir. 10 saniyədən sonra göbələk yaranır. Göbələyin forması getdikcə böyüyür və onun əhatə dairəsi də get-gedə genişlənir və ətraf mühitə çox yayılır. Parçalanan uran 235 plutoniuma əsaslanan atom bombası, dəhşətli təsirə malikdir.

- Rusiya Ukraynanı hansı tip nüvə silahı ilə təhdid edir və bunun hansı təhlükəsi var?

- Nüvə bombaları olaraq qeyd etdiyim anominal bombalar, taktiki bombalar adlanır. Putin də öz çıxışında taktiki bombalar haqqında məlumat vermişdi. Yəni aşağı güclü 100 min tona qədər tratil gücündə olan bombalardan söhbət gedir. 100 min tondan yuxarı olan strateji nüvə silahlarıdır. Bunlar dəhşətli fəsadlar yarada bilir. Mən inanmıram ki, Rusiya bu müharibədə strateji məqsədli silahlardan istifadə etsin. Əsasən taktiki məqsədli silahlar kifayət edər ki, Ukrayna ərazisinə 5 dənə taktiki məqsədli bomba lazımi yerlərə atılsın. Amma inanıram ki, Rusiya bunu etsin. Biz bilirik ki, Rusiya tam şəkildə qələbə çalmaq əzmindəydi. Ruslarla ukraynalıların nə qədər doğma ölkə olduqlarını nəzərə alaraq, mən günan edirəm ki, bu prosesin yavaşladılmasının bir səbəbi də, həmin doğmalığı xatırlamasıdır. Necə ki, biz Türkiyə ilə doğma, qardaş xalqıq, slavyanlar da 3 xalq - belarus, ukraynalı və rus bir xalq olublar. Mənə elə gəlir ki, humanizm nöqteyi-nəzərindən bəlkə də heç bomba atılmayacaq.

- Bomba atıldıqdan sonra ən qorxulu vəziyyət nədir?

- Ən qorxulu vəziyyət isə, bomba atıldıqdan sonra partlayış məhsulları, neytronların və s. təsiri nəticəsində nə varsa, radioaktivləşir. Partlayış zamanı yaranan qəlpələr iki element stronsiyum və sezium yaranır və ətraf mühit stronsiyum və seziumla çirklənmiş olur. Bumların yarım parçalanma periodu 30-32 ildir. Bunlar uzun müddət həmin ərazilərdə qalırlar. Bundan başqa hidrogen bombası adlanan bomba da var.

Birinci tip nüvə silahları parçalanaya əsaslanır. İkinci tip isə, nüvə sintezinə əsaslanmış silahalrdır. Bu silahlar, çox gücsüzdülər. Bunların gücü adi parçalanma ilə gedən nüvə reaksiyalarına 10 min dəfə və 100 min dəfə böyük olurlar. Bunlarda əsas prinsip odur ki, yüngül nüvələr birləşən zaman, məsələn deuterium deyilən hidrogenin iki izotopu ilə tritiumun reaksiyasını götürsək, o zaman küllü miqdarda enrji alınır. Və bu enerjinin hesabına böyük partlayış əmələ gəlir. Bu prosesin aparılması üçün lazım olan tritium, litium 6 götürülür. Buna görə də belə bombalara adətən litium 6 deuterium bombaları deyilir. Bu növ bombanın quruluşu odur ki, ilkin olaraq həmin bombanın içində plutonium və uran 235 neytron mənbəyi kimi götürülür.

Reaktorun yenə də o deuterium, litium qarışığının üst tərəfi yenə də uran 238 ilə bağlı olur. Uran 238 neytron litiuma təsir edən neytronların təsiri nəticəsində ayrılan neytronlar və uran 235-in parçalanmasından alınan həmin neytronların hesabına sistemdə yüksək miqdarda həm parçalanma prosesi gedir, həm də birləşmə prosesi gedir. Bu bombaların ilk sınağı ABŞ tərəfindən 1952 noyabrın 1-də aparılıb. Sovet İttifaqında isə, 1953-cü ildə termonüvə bombasının sınağı litium 6H2O əsasında bombanın sınağı aparılıb.

Dünyada partladılmış ən güclü hidrogen bombalarının içərisində ən güclüsü 1 mart 1954-cü ildə ABŞ tərəfindən 15 milyon ton tratil ekvivalentində nüvə sınağı həyata keçirilmişdi.

- Bu gün Rusiyanın nüvə silahları çoxdurmu?

- Bu gün Rusiyada olan termonüvə başlıqları Amerikada olanlarla müqayisədə çoxdur. Rusiyanın termonüvə başlıqları dünyanın malik olduğu termonüvə başlıqlarının 6 faizini təşkil edir. Ona görə də, hər iki silahda Rusiya çox güclüdür.

Mənə elə gəlir ki, dünya birliyi, o cümlədən Rusiya və Ukraynanın rəhbərliyi elə etməlidir ki, dünyanı yeni Xirosima, Naqasaki və ya ondan da dəhşətli bir vəziyyətə salmasın. Əgər orada 18-20 min əhali ölmüşdüsə, burada çox böyük miqdarda insan təlafatı və böyük ərazi dağıntısı baş verəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »