ABŞ Çinə yarımkeçiricilər və mikrosxemlərin ixracına məhdudiyyətləri genişləndirməyi planlaşdırır.
Bizimyol. info xəbər verir ki, bu barədə bazar ertəsi mənbələrə istinadən "The Wall Street Journal" axşam buraxılışında məlumat yayıb.
Mnbələrdən verilən məlumatlarda bildirilir ki, Vaşinqton bu həftə yeni tədbirlər elan etmək niyyətindədir və prezident Co Baydenin administrasiyası ABŞ-ın bir sıra əsas müttəfiqlərini sanksiyalara qoşulmağa razı salmağa çalışır. Nəşr yazır ki, ABŞ, Cənubi Koreya, Yaponiya və Avropa ölkələrinin birgə ixrac nəzarətinin tətbiqi Çin mikroçiplərinin istehsalını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər, çünki bu dövlətlər tərəfindən ən son çiplərin yaradılması üçün avadanlıqların istehsalı və ticarəti üzərində praktiki inhisarçılıq nəzarəti altındadır.
Qəzetin həmsöhbətləri qeyd edirlər ki, məhdudiyyətlər yüksək texnologiyalı yaddaş çiplərinin, kvant kompüterlərinin və mikrosxemlərin yaradılması üçün lazım olan ən qabaqcıl komponentlərin istehsalı ilə bağlı texnologiyalara təsir göstərə bilər.
Sentyabrın ortalarında "Reuters" xəbər vermişdi ki, ABŞ Ticarət Departamenti oktyabrda yeni qaydalar dərc edəcək və ABŞ səlahiyyətliləri tərəfindən lisenziya alınmadığı təqdirdə, müəyyən növ yeni nəsil yarımkeçiricilər istehsal edən Çin fabriklərinə çip hazırlayan avadanlıqların satışını qadağan edəcək. Departamentin lisenziyası olmadan Çinə süni intellekt çiplərinin tədarükü də qadağan ediləcək.
Ekspertlər bu məhdudiyyətlər tətbiqi ABŞ-la Çin arasında olan gərginliyi daha da artıra biləcəyini bildirirlər. Dünyanın iki böyük gücü arasında baş verən gərginlik digər dövlətlərdən də yan keçməyə bilər. Məhdudiyyətlər bazar qiymətlərini artıra bilər ki, bu da müəyyən səbəblərdən iqtisadi çətinliklərlə qarşılaşmış ölkələrdə vəziyyəti daha da ağırlaşdıra bilər.
Qadir, Bizimyol.info






