Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yığım pozğunluğu" xəstəliyinin əlamətləri nədir?
"Yığım pozğunluğu" xəstəliyinin əlamətləri nədir?

Bəzi insanlar var ki, əlinə nə keçdi evinə yığır. Hətta bununla bağlı bir neçə dəfə Türkiyə telekanallarında da nümunələr göstərilib. Bu insanlar əllərinə düşən hər şeyi yığırlar və əllərində olan bir əşyanı belə atmaq istəmirlər. Bəs bunun səbəbi nədir?

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, yığım pozğunluğu kimi də adlandırılan bu xəstəlik 2013-cü ildə Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatının ən son nəşrinə daxil edilmiş bir xəstəlikdir. Bu vəziyyətdən əziyyət çəkən insanlar əşyaları saxlamaq və onları yığmaq ehtiyacı hiss edirlər. Kimsə onun yaşadığı evi təmizləmək istəyəndə həddindən artıq reaksiya verirlər. Həmin şəxslərin özlərindən asılı olmayan səbəblərə görə əşyalarını tərk etməkdə problem yaşadığı müşahidə edilir. Kolleksiyaçılar tez-tez qəsdən müəyyən kateqoriyalı əşyalar almağı və başqalarına göstərmək üçün onları xüsusi yerdə saxlamağı xoşlayırlar. Yəni onların məqsədi bu əşyalardan istifadə etmək və ya hər zaman yanlarında saxlamaq deyil. Yığımçılar isə kolleksiyaçılar kimi obyektlərə sahib olmaq üçün planlar qurmurlar. Bu insanlar gördükləri bütün obyektlər tərəfindən tətiklənirlər, çünki onlar impulsiv olaraq bir obyektə sahib olmaq istəyirlər. Yığımçılar üçün sahib olduqları əşyaların müəyyən bir kateqoriyaya aid olması lazım deyil. Məsələn, bu insanlar zibillikdən qəzet götürüb, bu qəzetə ehtiyac duyduğunu düşünə bilərlər.

Bu xəstəlik, sosial münasibətləri pozur. Mütəxəssislər bildirirlər ki, bu problemin dəqiq səbəbi məlum deyil. Ola bilsin ki, ailə üzvlərində bu vəziyyəti yaşayan insanlar da oxşar təcrübələr keçiriblər. Bəzən sevilən birinin itkisi və ya stresli həyat insanı yığımçıya çevirə bilər. Bu problemdən əziyyət çəkən insanlar iş, tərəfdaş, ailə və hər cür sosial münasibətləri idarə etməkdə çətinlik çəkirlər. Çünki bir müddət sonra ailələri və ya birlikdə yaşadıqları insanlar tərəfindən tərk edilə bilər. Bu problemi yaşayan insanlar tənha olurlar.

Hesablamalara görə, dünya əhalisinin 2,6 faii yığım ilə məşğul olur. Bu xəstəliyə daha çox 60 yaşdan yuxarı insanlarda və ya başqa psixoloji pozğunluğu olan insanlarda rast gəlinir. Bu problemi olan insanlar yaşadıqları mədəniyyətdən və ölkədən asılı olmayaraq oxşar davranışlar nümayiş etdirirlər.

Araşdırmalar göstərir ki, bu, kişilərdə və qadınlarda bərabər görülən bir vəziyyətdir. Bu problem erkən yaşlarda təxminən 15-19 yaşda başlayan və hər onillikdə daha da pisləşən bir vəziyyətdir. Bu problemi olan insanlarən ilkin əlaməti əllərindəki əşyalardan əl çəkə bilməmələridir. Çünki bu, bildiyimiz kimi imtina edə bilməmək hissi deyil, asılılıq səviyyəsində buraxa bilməmək problemidir. Belə insanlar nə tapsalar, evlərinə gətirdikləri üçün bir müddət sonra evləri zibilxanaya çevrilir. Bəzi insanlar isə, evlərinə heyvan yığmaqla məşğul olur. Heyvan yığımı, klassik yığımdan fərqli olaraq, yığım pozğunluğunun xüsusi növüdür. Amma həm mal, həm də heyvan yığanlar da var. Mütəxəssislərin fikrincə, bu xəstələr tez bir zamanda həkimə aparılmalıdır. Çünki onlar tək qaldıqda, istəmədən sosial həyatı təhlükə altına ala bilərlər. Əgər evin içi zibiliyə çevrilibsə, eyni binada başqa mənzil, hətta məhəllə də bundan təsirlənə bilər. Bu səbəblə bu insanların psixiatrik dəstək almaları və dərmanlarını müntəzəm olaraq istifadə etməlidirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »