"My Data Summit" dünyanın 35-dən artıq ekspertinin iştirakı ilə təşkil olunmuş qlobal və onlayn sammitdir. Sammitdə "Microsoft Office" proqramları və eləcə də, "Microsoft Power Platform" məhsulları haqqında çıxışlar edilib. Qeyd edək ki, tədbir "Endless Fairs" online platformasında keçirilib. Tədbirdən iştirakçılar yeni təcrübələr əldə edə bilib. Konfrans "Microsoft" korporasiyası, "Financial Modelling Institute" və s. qurumlar tərəfindən dəstəklənib.
“My Data Summit 2022” konfransının təşkilatçılarından olan İlqar Zərbalıyev Bizimyol.info xəbər portalı ilə tədbirdən sonra təəssüratlarını paylaşıb.
İlqar Zərbalıyev- "My Data Summit - 2022" qlobal onlayn konfransı uğurla başa çatdı. Təəssüratlarınız necədir?
- 3 gün ərzində 36 saatdan artıq davam edən "My Data" sammitinə dünyanın 73 ölkəsindən spikerlər və istifadəçilər iştirak etdi. Belə bir möhtəşəm tədbirin təşkilatçılarından biri olmaq və eləcə də, doğma Azərbaycanımızı tanıda bildiyimə görə özümü xoşbəxt hiss edirəm.
- Beynəlxalq onlayn tədbirə dünyanın 20 ölkəsindən ekspertlər dəvət etmişdiniz. Ekspertlər haqda iştirakçılar tərəfindən ümumi rəy necə oldu?
- Tədbirdə iştirak edən ekspertlər, Microsoft Valuable Professional və Microsoft Certified Trainer dərəcələrinə sahib və Microsoft Office və Microsoft Power Platform sahələrində tanınmış peşəkarlardır. İştirakçılar Endless Fairs platfoması üzərindən spikerlər ilə əlaqə qura bildilər. Onların resursları haqqında və eyni zamanda, data dünyasının son trendləri haqqında məlumatlar əldə edə bildilər.
- Sammitin məqsədi gələcəyin texnologiyaları haqqında məlumatların verilməsi vədata ilə bağlı təcrübələr əldə etmək idi. Məqsədinizə nail ola bildinizmi?
- İştirakçıların tədbirlə bağlı müsbət rəylərinə baxdığımızda bunun əyani şahidi ola bilirik. Bu da bizim üçün qürurverici və gözlədiyimiz nəticədir.
- Artıq sammit yekunlaşıb. Bəzən düşünürük ki, "daha yaxşı ola bilərdi". Siz necə düşünürsünüz? Bu tədbirdə olmayan nələri növbəti tədbirlərinizdə əlavə etmək istərdiniz?
- Sammitin ümumi və xüsusi müəyyən gözləntiləri var idi. Bunları qarşıladığımızı düşünürəm. Bu səbəbdən həm təşkilatçı, həm də iştirak edən qonaqlardan razıyam. Sadəcə doğma Azərbaycanımızdan daha çox iştirakçının belə beynəlxalq əhəmiyyətli tədbirdə iştirakını təmin etmək istərdik. İştirak edənlərin faydalandığını düşünürəm.
- "My Data Summit - 2022" konfransında tətbiq etdiyiniz onlayn format tələbləri təmin etdimi yoxsa bu sahə üzrə fiziki məkanda keçirilməli tədbirə də ehtiyac olduğunu düşünürsünüzmü?
- Tədbirimizin onlayn formatda keçirilməsi üçün seçdiyimiz onlayn platforma tələbləri və gözləntiləri qarşıladı. Bu tədbir üçün fiziki məkana ehtiyac duymadıq.
- Son olaraq, "My Data Summit" tədbirinin növbəti illərdə keçirilməsini planlaşdırırsınızmı? My Data Summit 2023 olacaqmı?
- "My Data Summit - 2023" tədbirinin keçirilməsini planlaşdırırıq. Gələn il keçirilməsini planladığımız tədbir, bu ilki tədbirdən fərqli olaraq hybrid formatda təşkil olunacaq. Tədbir offline formatda Bakıda fiziki bir məkanda təşkil olunacaq. Eyni zamanda, ənənəni pozmayaraq Endless Fairs platforması üzərindən onlayn yayımlanacaq.
Qeyd edək ki, Bizimyol.info xəbər portalı "My Data Summit - 2022" tədbirinin rəsmi media tərəfdaşıdır.
İlahin, Bizimyol.info






