Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar ABŞ-ın müdafiə naziri ilə telefonla danışıb
Hulusi Akar ABŞ-ın müdafiə naziri ilə telefonla danışıb

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı NATO, ikitərəfli və regional məsələlər müzakirə olunub.

Bundan əlavə, Akar və Ostin müdafiə və təhlükəsizlik mövzuları, xüsusilə Ukraynada baş verənlər, terrorla mübarizə, F-16-ların tədarükü ilə bağlı məlumat və fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Bütün xəbərlər »