Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayquş nəyə görə "bədbəxtlik gətirir"...
Bayquş nəyə görə "bədbəxtlik gətirir"...

Bir çox unudulmaz əsərlər yaradan Memar Sinanın əsərlərində istifadə olunan bayquş motivi diqqət çəkir. Memar Sinanın əsərlərində bayquşdan tez-tez istifadə olunmasının arxasında nə dayanır? Bayquş doğrudanmı uğursuz heyvandır?

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün  bayquş uğrusuz quş kimi qəbul edilsə də, türklər bayquşa böyük önəm verirlər. Qədim türklər bu  heyvanı “ugi” adlandırırdılar. Onlar bunu müdriklik və fədakarlıq simvolu kimi görürdülər.

Əslində bayquş o qədər qiymətli idi ki, qadına və analığa verilən dəyərlə eyniləşdirilirdi. Məsələn, Manas dastanında “ana bayquş” deyilən varlığa rast gələ bilərik. Bu bizə onun nə qədər dəyərli olduğunu göstərir.

Bayquşun “əsas” rolu almasının səbəbi olduqca emosionaldır. Balalarını dünyaya gətirdikdən sonra sədaqətlə onlara qulluq edir. Ancaq balalar anasının başının üstünə çıxmağa çalışır və yuvaya tullanırdılar. Bu zaman onlar dırnaqlarını ananın gözünə sancaraq kor olmasına səbəb ola bilirdi. Bu vəziyəyt isə   “anaları” xatırlatdığı üçün bayquşlara “bayquş ana” ləqəbi verilmişdi.

Bundan başqa, danışılan nağıllarda bayquş “müdrik quş” kimi də təsvir edilir. Amma bütün bunlarla yanaşı, bayquşun uğursuz olduğuna inanlar çxodur. Bunun səbəbi ilə bağlı maraqlı bir nəzəriyyə var. Bayquş haqqında nəzəriyyə onun ölümün xəbərçisi olmasıdır. Qapınızın önündə görünən bayquşun ölüm gətirdiyinə dair əsassız inanclar mövcuddur. İnsanlar bunu çox rassionallaşdırırlar.

Halbuki qaranlıqda ovlayan bayquş siçanları və həşəratları özünə çəkir və gözlərinin parlaq parıltısı sayəsində onları asanlıqla ovlayır. Məhz buna görə deyirdilər ki, bayquş olan yerdə ölüm də gəlir. Ancaq bunun nə dini, nə də elmi əsası yoxdur. Xurafatdır. Qara pişiyin uğursuzluq, pirlərə, ağaclara parça, ip bağlamağın isə uğur gətircəyinə inanmaq kimi xurafat...

Osmanlıda bayquşun yeri çox fərqlidir. Türk memarlığının ən əhəmiyyətli adı olan Memar Sinan tikdirdiyi məscidlərdə bayquşlardan fiqur kimi istifadə edib. Diqqətdən yayınmayan bu detalın səbəbi qədim türk, Misir və Yunan sivilizasiyalarında bayquşun müdrik adlandırılmasıdır. O, məscidlərdə də bu fiqurlardan istifadə edib. Bununla yanaşı , Memar Sinan Universitetinin loqosu da bayquşdur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »