Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə ilə yaşamaq çətindir, onsuz yaşamaq mümkün deyil"
"Türkiyə ilə yaşamaq çətindir, onsuz yaşamaq mümkün deyil"

ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder “Politico” saytında Türkiyənin son xarici siyasəti ilə bağlı təhlil yazısı dərc edib.

Bizimyol.info xəbər verir ki, təhlildə Qlobal Məsələlər üzrə Çikaqo Şurasının sədri olan Daalder prezident Rəcəb Tayyib Ərdoğanın “çətin müttəfiqə” çevrildiyini, lakin Türkiyənin NATO üçün strateji əhəmiyyətinin aydın olduğunu bildirib. Bundan əlavə Ərdoğanın Rusiya lideri Vladimir Putin və İran prezidenti İbrahim Rəisi ilə görüşdüyü, BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna ilə taxıl sazişinin imzalanması mərasimində iştirak etdiyi xatırladılıb.

“Türkiyə: Birlikdə yaşamaq çətindir, onsuz yaşamaq demək olar ki, mümkün deyil” başlıqlı məqalədə Ərdoğanı "birdən-birə dəyişən" lider kimi xarakterizə edən Daalder Türkiyənin diplomatik sahədə pozucu təsirinə baxmayaraq, şərq və qərbdəki müxtəlif aktorlarla sıx əlaqələrinin ölkəyə böyük siyasi dəyər qatdığını vurğulayıb.

NATO-nun ikinci ən böyük hərbi gücü olmasına baxmayaraq, Türkiyənin son illərdə “etibarlı müttəfiq olmaqdan uzaqlaşdığı” şərhinin yer aldığı məqalədə Ərdoğanın prezident seçilməsi ilə Türkiyənin aqressiv addımlarının tamamilə yeni səviyyəyə çatdığı bildirilib. Ərdoğanın müxalifəti susdurmağa çalışdığı və jurnalistləri həbs etdirdiyi iddia olunaraq ABŞ-da yerləşən “Freedom House”-a görə Türkiyə “azad” olmayan yeganə NATO ölkəsidir.

2009-2013-cü illərdə ABŞ-ın NATO-da daimi nümayəndəsi vəzifəsində çalışmış İvo Daalder yazıb ki, Türkiyənin xarici siyasətdə getdikcə qeyri-sabit davranışı onun etibarlılığına dair suallar doğurur. Məqalədə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına və Yunanıstanla son gərginliyə də diqqət çəkilib. Təhlildə “Ərdoğan NATO daxilində zaman-zaman dağıdıcı rol oynayır, alyansın konsensusundan istifadə edərək və ya razılaşmaya veto qoyaraq istədiyini almağa çalışır” şərhi verilib. O da bildirilib ki, Ərdoğanın Finlandiya və İsveçin NATO üzvlüyünə ilk etirazlarından sonra NATO daxilində Türkiyənin alyansdan çıxarılması ilə bağlı səslər yüksəlib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »