Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türklərin Şaxta Atası Ayaz hansı bayramın simvoludur...
Türklərin Şaxta Atası Ayaz hansı bayramın simvoludur...

Şərq cəmiyyətlərində əhəmiyyətli mərasimlərdən biri də qaranlıq və işığın 3 günlük mübarizəsi olaraq qəbul edilən 22 noyabr günü gün işığı başlayan 24 noyabr axşamına qədər davam edən il dəyişməsidir. Bu mərasimə görə, ən uzun gecə sona çatıb günlər uzacanaq və Günəş daha çox görünəcək. Günəşin daha çox görünməsi isə, Tanrının insanlara hədiyyəsidir. Elmi bir həqiqət olmasına baxmayaraq insanlar bunu hər zaman ənənəvi mərasimlərlə qeyd ediblər. Məsələn; bu günü ilk qeyd edənlərdən biri də Türklərdir.

Türklər miladdan əvvəlki yüzillərdə ilin dəyişməsi kimi qəbul edilən 21 noyabr gününü mərasimlərlə qeyd edirdilər. Türk mədəniyyətində Ayaz Ata ənənəsi, Xristinalıqdakı Noel Baba və ya ruslardakı “ded Moroz” mifologiyası ilə əlaqəli deyil. Tam əksi olaraq, onlardan çox qədim olan mifologiya adətidir.

Professor Salih Yılmazın sözlərinə görə, Türklər ta qədim zamanlardan 22 noyabrı gündüzün gecəyə qələbəsini şam ağacı altında qeyd edirlər. Türklərə görə, günəşin doğması və yeni il döngəsi olaraq qəbul edilir.

Türklər Günəşə mifologiyada “Nar” adını veriblər. Nardugan bayramı olaraq qəbul edilən həmin gün Günəşin doğuşu bayramıdır.

Türklər mərasim üçün xüsusi olaraq hazırlaşardılarmı?

Salih Yılmazın fikrincə, 22 noyabrı qeyd etmək üçün yaşadıqları evləri, yerləri təmizləyərdilər və yeni paltarlar geyərdilər. Türklərdə həmin gün Tanrı Ulgenə hədiyyə hazırlayardılar. Və ən yüksək təpədə şam ağacı altında dua edərdilər. Bu hadisələri həyata keçirən bölgənin ən müdrik və ən yaşlı şəxsi ən gözəl geyimlərini geyinərək, bu mərasimlərə liderlik edərdi. Bu müdrik şəxs, Türk cəmiyyətlərində fərqli adlarla adlandırılırdı. Ancaq çox zaman onlar Ayaz Ata olaraq adlandırılırdılar. Hətta Ayaz Ata yaşlı olduğu üçün ona nəvəsi yaşında bir qız da yardım edirdi. Qadınlar da bu bayramlarda parçalardan xüsusi bəzəklər hazırlayıb, şam ağacından asardılar. Bu bəzəklərin üzərində həyat ağacı şəkli işlənilirdi. Türklərdəki bu ənənə, İslam dininin qəbulundan sonra övliyalar və ya önəmli insanların məzarlarına yaxın ağaclara parçalar bağlanması şəklində davam edib.

Anadoluda Sivas, Tunceli, Ərzincan, Bingöl və Muşda yeni ilin qarşılanması “Khal Kagan” mərasimləri həyata keçirilir. Bu ənənə hər il noyabr ayının son həftəsi "Khal Khelk" adı verilən ağ saçlı, ağ saqqallı, yaşlı bir adamın kənd uşaqları ilə birlikdə qapı-qapı gəzib hədiyyə yığması ilə başlayır.

Əslində Türk mifologiyasında Ayaz Ata adlı bir fiqur olub-olmadığına dair mübahisələr var. Bu mifoloji inancın, xüsusilə Hunlar və ondan əvvəl Göy Tanrı inancı ilə əlaqəli olduğunu deyə bilərik. Türklərdə xüsusilə Orta Asiyada və Sibirdə Türk cəmiyyətlərində Ayaz Ata və Qar qız mədəniyyəti var. Bəzi mütəxəssislər, bu mədəniyyətin rus mədəniyyətindən keçdiyini iddia etsələrdə tam əksi olaraq, Türk mədəniyyətinin ruslara təsir etdiyini deyə bilərik. Ayaz Ata adının ruslarda “Ded Moroz” və “Sneguroçka” (Qar qız) sözlərinin tərcüməsi olması araşdırmaçıları çaşdırır.  Türklərdə qış dönəmi Hunların dövründən qeyd edilir. Rusiyada “Ded Moroz” mərasimi isə, Stalinin yaxın dostu Pavel Postyşov tərəfindən ortaya atılıb. İlk dəfə 1935-ci ildə “Pravda” qəzetində “Ded Moroz”-dan bəhs edilmişdi. Pavel Postyşov, “Ded Moroz”u yaradarkən Türklərin o tarixlərdə qeyd etdiyi Ayaz Ata obrazından təsirlənib. Belə ki, məhz buna görə də “Ded Moroz”-a Ayaz Pavloviç Atayev adı verilmişdi. “Ded Moroz”un yoldaşı "Qar Qız" fiquru Türk mifiologiyasından təsirlənib.

Xatırladaq ki, məşhur yazıçı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” adlı romanında Ayaz Ata ənənəsi Türklərin mifoloji qəhrəmanı kimi təqdim edilir.

Mütəxəssislərin fikrincə, Türklərdə 21 noyabr günü qış döngəsi, xristianlıq və İslam dinində özünə yer tapa bilməyib. Xristianların bir qismi Həzrəti İsanın dünyaya gəlməsini 25 noyabrda, bəzi yerlərdə də yanvarın 6-da qeyd edilir. Buna görə də Türklərin ənənəvi şam ağacı mərasimləri digər səmavi dinlərin inanc sistemində özünə yer tapa bilməyib.

Nardugan Türklərdə Yeni il bayramıdır, Ayaz Ata da bu bayramın simvoldur. Ayaz Ata, hər il 22 noyabrda ortaya çıxar və fevralın 1-nə qədər bayram mərasimləri davam edər.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »