Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gün qadınlar xərçəngə yoluxduqlarını özləri müəyyən edə bilir"
"Bu gün qadınlar xərçəngə yoluxduqlarını özləri müəyyən edə bilir"

Süd vəzi xərçəngi süd vəzi hüceyrələrin təşkil edən hüceyrə qruplarından birinin mutasiyaya uğraması və nəzarətsiz olaraq çoxalması nəticəsində yaran şiş xəstəliyidir. Xərçəngli hüceyrə əvvəlcə yaxın ətrafını, sonra süd vəzinə yaxın limfa vəzilərinə yayılır. Vaxtında diaqnoz qoyulub müalicə edilmədiyi təqdirdə, xərçəng digər orqanlara da yayılır və sağalmaz bir vəziyyət alır.

Son zamanlar dünyada süd vəzisi xərçəngi faktları artır. Belə ki, 100 min də 40-50 fakt qeydə alınır. ABŞ hesablamalarına görə, bir qadın həyatı boyu 8/1 süd vəzifi xərçənginə yoluxma riski daşıyır.

Yaş artdıqca qadınlarda xərçəng riski də artır.

Mütəxəssislərə görə, xərçəngə yoluxmamaq üçün xərçəng yaradan maddələrdən uzaq durmaq lazımdır. Siqaret və spirtli içki, xərçəng riskini artırdığı üçün bu maddələrdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi olaraq idmanla məşğul olmaq, ideal çəkini qorumağa çalışmaq lazımdır. Körpəsi olan qadınlar ilk 6 ay mütləq körpələrini əmizdirməlidir. Hormon dərmanları qəbul edərkən diqqətli olmaq önəmlidir.

Mama-ginekoloq Janna İsmayılova Bizimyol.info saytına açıqlamasında bildirib ki, süd vəzi xərçənginə daha çox ailəsində xərçəngə yoluxan şəxslər olanlar, daha əvvəl süd vəzi xərçənginə yoluxma riski yaşamışlar yoluxur. Bununla yanaşı, mensturasiya başlama yaşının erkən, klimaks yaşının gec olması, dünyaya uşaq gətirməmək, ilk doğuşu 30 yaşından sonra etmək, uzun müddət hormon müalicəsi almaq, doğuşdan sonra körpəni əmizdirməmək, siqaret çəkmək, köklük, fiziki hərəkətin azlığı süd vəzi xərçənginə səbəb olur.

"Qadınlar ən az 1 sm olan kütləni əllə özlərini müayinə edərək aşkarlaya bilərlər. Bu gün demək olar ki, qadınlar xərçəngə yoluxduqlarını özləri müəyyən edə bilir. Xərçəngli kütlələr nisbətən sərt, kənarları dağınıq, üstü şişkin olur və süd vəzinin daxilində rahat tərpənmir" - deyə həkim qeyd edib.

Süd vəzi xərçənginin əlamətləri:

  • Süd vəzində hissedilən kütlə və ya sərtlik
  • İki süd vəzi arasında gözlə görünən asimetriya
  • Süd vəzinin ucunda və ya dərisində içəri doğru çəkilmə
  • Süd vəzində qızarma, yara, eqzema, qabıqlanma və ya çatlama
  • Süd vəzi səthində portağal qabığına bənzər görüntü
  • Süd vəzi ucunda forma və ya istiqamət dəyişikliyi
  • Süd vəzində şişmə və ya böyümə.
  • Mensturasiya dönəmində süd vəzilərində fərqli ağrı
  • Süd vəzi ucundan qırmızı və ya çəhrayı axıntı
  • Qoltuq altında bərkimə, şiş və ya kütlə

Xərçəng uzaq orqanlara yayılıbsa, bu metastaz nadir halda süd vəzi xəçənginin ilk əlamətini təşkil edir. Süd vəzi xərçənginin sıx yayıldığı bölgələr ayaqlar, onurğa sümükləri, ağ ciyər və qaraciyərdir. Digər bütün xərçəng növlərində olduğu kimi süd vəzi xərçəngində də erkən diaqnoz önəmlidir. Xəstəliyin irəliləmə mərhələsini bilməklə ediləcək müdaxilə, müalicə planlamasında əhəmiyyətli rol oynayır.

"Mamoqrafiya və ya süd vəzi USM vasitəsilə, duktoskopiya, duktografiya və s. üsullarla süd vəzi müayinə edilir. Süd vəzi xərçəngini ev şəraitində 70 faiz qadınlar özləri aşkar edə bilir. Buna görə də, 20 yaşından sonra qadınlar ayda bir dəfə mensturasiya bitdikdən sonra güzgü qarşısına keçib süd vəzilərini müayinə etməlidirlər. Əlləri ilə süd vəzilərini və qoltuqaltlarını yoxlamalıdır. Hərhansı bir dəyişiklik fərq edilərsə, həkimə müraciət vacibdir" - deyən ginekoloq bildirib ki, həkim müayinəsinə 20-40 yaşlı qadınar 3 ildə bir dəfə, 40 yaşından sonra qadınlar da ildə bir dəfə müraciət etməlidir.

Süd vəzi ev şəraitində necə yoxlanılmalıdır?

  1. Müayinəyə güzgü qarşısında başlanılır.

    Əllər belə qoyulur və süd vəzilərinin simmetrik olub-olmadığı yoxlanılır. Süd vəzində gözlə görünən bir kütlə, süd vəzi dərisində hərhansı bir çöküntü və ya rəng dəyişikliyi olub-olmadığı müəyyən edilir.

  2. Əllər yuxarı qaldırılır və eyni yoxlama aparılır.
  3. Daha sonra uzanaraq müayinə etməyə davam edin. Daha rahat müayinə etmək üçün sağ çiyin altına kiçik bir yastıq qoyun. Sağ əl başın arxasına yerləşdirilir.

    Müayinə sol əlin 2-3 barmaq ucu ilə aparılır. Süd vəzi ucunda, ətrafında yavaş-yavaş toxunaraq saat istiqamətində dairəvi hərəkətlər edilir. Hərhansı bir dəyişiklik, həssaslıq olması müayinə edilir.

    Bütün süd vəzi müayinə edildikdən sonra qoltuqaltına baxılır. Sol süd vəzi və qoltuqaltı da eyni formada yoxlanılır.

Süd vəzi xərçəngi, erkən mərhələdə aşkarlandığı zaman xəstənin 5 il daha yaşaya bilmə şansı 96 faiz olur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »