ABŞ Milli Aviasiya və Kosmos Agentliyi (NASA) tərəfindən Marsa göndərilən "Persevarence" adlı kəşfiyyat vasitəsi qırmızı planetdən ilk nümunələri toplayıb.
Bizimyol.info xəbər verir ki, Marsdan toplanan ilk qaya nümunələrinin uzun müddət su ilə təmasda olduğu müəyyən edilib. Açıqlamada bildirilir ki, bu vəziyyət Marsda qədim həyatın ola biləcəyinə dair fikirləri gücləndirir.
Digər tərəfdən isə Marsdan toplanan qaya nümunələrində duz mineralları tapılıb. Bu kəşf də daha əvvəl Marsda suyun olduğu fikrini gücləndirir.
Qeyd edək ki, NASA -nın Kaliforniyadakı Perseverance roveri, 30 iyul 2020 -ci ildə kosmosa buraxılıb və təxminən 7 ay sonra, 18 fevralda Marsa eniş edib.
Marsa göndərilən nəqliyyat vasitələri arasında ən qabaqcıl texnoloji xüsusiyyətlərə malik olan “Perseverance”ın, missiyasını həyata keçirməsi üçün infrastruktur işlərinə 2,4 milyard dollar, enməyi mümkün edən sistemə isə 300 milyon dollar xərclənib.
Leyla, Bizimyol.info






