Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atatürkə aid əsa hərraca çıxarıldı
Atatürkə aid əsa hərraca çıxarıldı

Türkiyə ilə İran arasında ən sıx əlaqələrin yaşandığı 1932 -ci ildə Şah Rza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq verilən, uzunluğu 92 sm olan miniatür əsa hərraca çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Atatürk, Şah Rıza Pehlevi, Cemşid, Keykavus və Behmen kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq.

Auksionu təşkil edən firmanın qurucusu Hüseyin Kocabaş, bu əsanın hərracın ən dəyərli parçası olduğunu və  oyma sənətinin ən gözəl nümunəsi olduğunu bildirib.

Hərracın 15 avqust saat 20: 00-da onlayn olaraq keçiriləcəyini bildirən Kocabaş, Osmanlı sülaləsi kolleksiyalarında olan sultanların və saray məmurlarının əsərlərinin hərracda təqdim ediləcəyini qeyd edib.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »