Günün istənilən saatında Mehdiabad yolunda uzun-uzadı tıxaca rast gəlmək olur. Bu ərazidə sürücülər yol mədəniyyəti, yol hərəkəti qaydaları anlayışından xəbərsizdir. Qarşı yola çıxmaq, digər sürücünün yoluna girmək, səs siqnalları vermək və söyüş söymək bu yolda artıq adət-ənənəyə çevrilib.

Bizimyol.info saytının xəbərinə görə, günün xüsusilə günorta saatlarında burada böyük tıxac yaranır. Məsələnin acınacaqlı tərəfi isə odur ki, həmin əraziyə Yol Patrul Xidməti əməkdaşları nəzarət etmir. Eyni zamanda, işıqforun işıqları əraziyə görə düzgün hesablanmadığı üçün qarışıqlıq yaranır.
Sözügedən ərazidən çəkilən videoya diqqətlə baxın. Avtomobillər qarşı yola çıxaraq, qarşıdan gələn TIR-ın yolunu bağlayıb:
Burada yol hərəkəti qaydalarına əməl edilmədiyi üçün hər gün yüzlərlə qayda pozuntusu baş verir. YPX isə bu ərazini tamamamilə unudub.
Qeyd edək ki, Mehdiabad yolu iki zolaqlı yoldur. Amma təyinatına görə istifadə edilmir.
Bizimyol.info






