Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keşiş Paşinyanı kilsədən qovdu - Video
Keşiş Paşinyanı kilsədən qovdu - Video

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikdə Müqəddəs Qriqor kilsəsini ziyarət edərkən keşişin hörmətsiz rəftarı ilə qarşılanıb. Belə ki, keşiş onunla əl görüşmək istəməyərək, mədəni desək kilsədən qovub.

Sünikdəki Surb Qriqor (Müqəddəs Qriqor) kilsəsində Nikol keşiş Parqev Zeynalyan kilsəyə avtomobil korteji ilə deyil, helikopterlə gəlmiş Paşinyanla kobud davranıb.

Qeyd edək ki, Paşinyan kilsə yollarına ona etiraz etmək üçün toplanmış xalqdan gizlənmək üçün səfərə helikopterlə çıxıb.

Buz kimi soyuq havada titrəyən etirazçılar jurnalistlərin kameraları qarşısında "Ölərik, qoymarıq!", "Nikol davacan!" şüarları səsləndiriblər.

Onlar Paşinyanın kortejini yolda gözləməkdə ikən, Baş nazir Sünikə helikopterlə enib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »