Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qayınatasını zəhərləyən kürəkən həbs olundu - Foto
Qayınatasını zəhərləyən kürəkən həbs olundu - Foto

Türkiyənin Antalya şəhərində həyat yoldaşı ilə boşanma mərhələsində olan şəxs qayınatasını zəhərləyib. Ferudin Alkan buna görə həbs olunub.

Bizimyol.info xəbər verir ki, antalyalı kürəkən çox qəribə metod seçib. O, qayınatasıgilə sosial xidmətlər işçisi kimi iki tanışını göndərib. Onlar evə paxlava qutusu ilə gəliblər. Qonaqlar gedəndən sonra Mətin Kabakçı qonaq payının dadına baxmaq qərarına gəlib və beləcə, zəhərlənib.

Qayınatasını zəhərləyən kürəkən həbs olundu

Ferudinin həyat yoldaşı Mələk Alkan bir müddət əvvəl boşanmaq qərarı verərək, atasının evinə yollanıb. Ər bundan çox qəzəblənib, hətta qayınatasıgilin evinə güllə atıb. Buna görə Ferudin Alkana 45 gün uzaqlaşma cəzası verilib. Kürəkən bu dəfə yeni metod istifadə etmək qərarına gəlib. Amma zəhərləmə planı tam uğurlu olmayıb. Birincisi, qayınatanı həyatda saxlamaq alınıb. İkincisi, polis özünü sosial xidmətlər əməkdaşı kimi təqdim edən iki şəxsi tapa bilib. Onlarla yanaşı, Ferudin Alkan da həbs olunub.

Araşdırma zamanı cinayət törədən şəxslərin 10 qram kimyəvi maddədən istifadə etdiyi məlum olub. Mətin Kabakçı həyatda qalmasına görə çox sevindiyini bildirib. O, daha paxlava yeməyə qorxduğunu deyib. Mələk Kabakçı isə ərinin əvvəllər onun özünü də zəhərləməyə cəhd göstərdiyini xatırlayıb.

Son xəbərlər
Bütün xəbərlər »