Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan rus jurnalisti Qarabağ həqiqətlərini yazdığına görə cəzalandırdı - Foto
Ermənistan rus jurnalisti Qarabağ həqiqətlərini yazdığına görə cəzalandırdı - Foto

Rusiyalı jurnalist İlya Azarın Dağlıq Qarabağda baş verənlər, o cümlədən ermənilərin durumu barədə yazdıqları Ermənistan hökumətini qəzəbləndirib.

Bu üzdən Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı jurnalistin akkreditasiyasını ləğv edib. Ermənistanda ona jurnalist fəaliyyətilə məşğul olmaq qadağan edilib.

İlya Azar İlya Azar

Bizimyol.info xəbər verir ki, Ermənistan Azarla bağlı qadağa qərarını onun Dağlıq Qarabağa akkreditasiyası olmadan səfər etməsilə əlaqələndirib. Amma jurnalist deyir ki, Ermənistan Xarici İşlər Nazirliyi ona məhz Qarabağa gedib reportaj hazırlamaq üçün rəsmi şəkildə icazə verib.

“Guya prosesin gedişində akkreditasiya proseduru dəyişib və onlar elektron poçt vasitəsilə məlumat veriblər. Bütün bu günlər ərzində Xarici İşlər Nazirliyi var gücüylə jurnalistlərin Qarabağa gedişinin qarşısını almağa çalışıb”, - Azar belə deyib.

Jurnalistin fikrincə, onun akkreditasiyasının ləğvinin əsl səbəbi “Novaya qazeta”da dərc olunan Şuşa və Laçından hazırladığı reportajda həqiqəti yazmasıdır.

Azar bildirib ki, onun hazırladığı reportaj Ermənistanda və Rusiyada bir sıra dostlarının etirazına səbəb olub: “Halbuki, məqalədə yalan yoxdur. Rəsmi şəxslərin fikirləri də orada yer alıb. İnsanların fikirləri fakt kimi göstərilməyib. Hərbi münaqişələrdə jurnalist tərəflərdən hansınısa dəstəkləməməlidir. Reportajda isə oxucunun qulağı və gözü olmalıdır. Reportajın ermənilərin vətənpərvərlik hisslərinə toxunmasını, azərbaycanlıların xoşuna gəlməsini mən başa düşürəm. Amma bir daha deyirəm, bu sadəcə, reportajdır. Orada insanlar var və onlar müxtəlif fikirlərini bildirirlər”.

Azar Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etdiyinə görə 2011-ci ildən bu ölkədə də “arzuolunmaz şəxslər” siyahısına salınıb.

Rusiyalı jurnalistin reportajında könüllülərin dedikləri yer alıb. Onlar bildirib ki, Dağlıq Qarabağda erməni tərəfin hərbi itkiləri rəsmi məlumat verildiyindən xeyli çoxdur. Hərbçilər üçün silah və forma çatışmır. Cəbhədə vəziyyət acınacaqlıdır. Şuşa sakinləri deyib ki, bugünlərdə şəhərin Mədəniyyət Mərkəzinin bombalanması nəticəsində çoxlu sayda adam ölüb. Həmin vaxt orada yüzlərlə hərbçi və polis olub.

Son xəbərlər
Bütün xəbərlər »