Bürclərin heç də hamısı yaxşı yola getmir. Bir-birindən zəhləsi gedənlər də var.
Bizimyol.info bürcləri bu istiqamətdə qruplaşdırmağa çalışıb.
Qoç – Qoç bürcündən olanlar ləng davranan adamları sevmirlər.
Qoç bürcü | Foto: Pixabay.comBuna görə Balıqlarla çox dil tapa bilmirlər. Ən yaxşısı bir-birindən uzaq gəzməkdir.
Buğa – Buğalar hər kəs haqda dərhal pis düşünmürlər.
Buğa bürcüCiddi səbəblər olmalıdır. Amma Əkizlər və Qoçun onlara yuxarıdan aşağı baxdığını fikirləşirlər.
Əkizlər – Nifrətə əl atmağı xoşlamırlar.
Əkizlər bürcüBir iqnor metodları var: danışmamaq. Əkizlər Oğlaq bürcündən olanları ən darıxdırıcı insanlar sayırlar.
Xərçəng – Xərçənglər də Əkizlərə bir az oxşayırlar.
Xərçəng bürcüƏsasən Şir və Əqrəblə, bəzən Tərəzi ilə ümumi dil tapa bilmirlər.
Şir – Uduzmağı xoşlamırlar.
Şir bürcüƏqrəb və Oğlaq bürcündən olanları gözləri çox götürmür.
Qız – Eqoist, təkəbbürlü və riyakar adamları sevmirlər.
Qız bürcüXarakterləri asan sayılmır. Tərəzi, Oxatan və Balıqlarla bir yerdə çox qala bilməzlər.
Tərəzi – Hamı ilə yaxşı yola getməyə çalışırlar.
Tərəzi bürcüTəkcə Qız və Xərçənglə ulduzları barışmır.
Əqrəb – Əqrəb Oxatanla yaxınlıq edə bilmir.
Əqrəb bürcüOnların hər hansı yaxınlıq cəhdi axırda düşmənçiliyə çevrilir.
Oxatan – Oxatanın da Əqrəblə yaxınlıq edə bilmədiyini təkrarlamağa ehtiyac yoxdur.
Oxatan bürcüBir də Balıqların enerjisini anlamırlar.
Oğlaq – Əkizləri heç vaxt anlamayacaqlar.
Oğlaq bürcüBir müəssisədə işləyə də bilməzlər.
Dolça – Əslində, Dolça bürcündən olanlar çox insanla yola getmir.
Dolça bürcü | Foto: Pixabay.comİlk baxışdan kin saxlamadıqlarını düşünə bilərsiniz, amma heç nəyi unutmurlar. Az qala hamı ilə düşmən olmaları mümkündür.
Balıqlar – Aydın məsələdir ki, Balıqların pis yola getdiyi bürclərdən biri Dolçadır.
Balıqlar bürcüSiyahıya Qoç və Qızı da əlavə etmək olar.






