ABŞ-ın Miçiqan ştatının sakini çox gözütox davranıb. O, küçədən tapdığı minlərlə dolları banka qaytarıb.
Bizimyol.info xəbər verir ki, Corc Kondeş üzərində “40 min dollar” yazılan qutu tapıb. Qutunu açanda içində 27 min dolların olduğunu görüb. Kondeş banka yaxınlaşıb. Orada qutunu inkassatorun itirdiyi məlum olub. Kamera görüntüləri göstərir ki, qutu 20 dəqiqə küçənin ortasında qalıb, sonra Con ora yaxınlaşıb.
Corc Kondeş pulu tapırKondeş doğru davrandığını düşünür. Onun fikrincə, hər vicdanlı adam belə hərəkət edərdi. Üstəlik, kamera görüntüləri qutunu kimin götürdüyünü üzə çıxaracaqdı. Belədə isə Conun vicdanı rahat olacaq.
Corc Kondeş pulu banka aparırÜstəlik, bank ona kiçik pul mükafatı da verib.
Corc Kondeş pulu banka qaytarırBir müddət əvvəl Miçiqanın başqa bir sakini divandan pul tapmışdı. 64 yaşlı kişi 70 dollara aldığı köhnə divanda gizlədilmiş 43 min dolları üzə çıxarmış və sahibinə qaytarmışdı.






