Belorus prezidenti Aleksandr Lukaşenko uşaqlarının tərbiyəsində sərtliyə yol verdiyini etiraf edib.
Bizimyol.info xəbər verir ki, prezident bildirib ki, övladlarının tərbiyyəsi üçün hərdən ata kəmərindən də istifadə edib.
“Atanın kəmər cəzası bəzən uşaq üçün çox xeyirli olur. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Viktor böyük oğul kimi məndən öz payını tez-tez alıb. Dima isə bunu görüb özünü sakit aparıb, yerini bilib. Kiçiyin isə 15 yaşı var, hələ ona cəza verməmişəm. Çünki o, cəza veriləcək heç nə etməyib”, - deyə Lukaşenko bildirib.
Prezident ailə tərbiyəsi məsələlərində Belorusda “qərb təcrübəsindən” yox “slavyan ənənələrindən” istifadə olunacağını qeyd edib.
Bizimyol.info






