Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda bal yarmarkası keçirilir: qiymətlər necədir? - Foto

Bu gün Bakıda arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası işə başlayıb.

Bizimyol.info xəbər verir ki yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına stadionunda keçirilir.

Yarmarkada 37 rayon üzrə 321 arıçı iştirak edir. Arı məhsullarının qiyməti məhsulun toplandığı əraziyə və balın növlərinə görə dəyişir. Qiymətlər 25 manatdan başlayır.

Arıçılar məhsullarının keyfiyyətli olduğunu qeyd edərək müştərinin məhsulu yarmarkada quraşdırılmış laboratoriyada yoxlatdıra bilər. Arıçılar qiymətlərin bugünki bazar şərtlərinə münasib olduğunu bildirərək 18 oktyabra qədər məhsullarını sata biləcəklərinə ümid etdiklərini dedilər.

Müştərilər də yarmarkada məhsulların qiymətindən və keyfiyyətindən razılıq ifadə ediblər.

Qeyd edək ki 18 oktyabra qədər davam edəcək sərgi Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilir. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »