Güclü külək nəticəsində ağacların aşması “Malakan bağı”nın ətrafında saxlanılan avtomobillərə ziyan verib.

Oxu.Az xəbər verir ki, bağın ətrafında, dayanacaq olmayan yerdə saxlanılan 4 maşının üzərinə ağac budaqları düşüb.

Nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.






