Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldonun klubu qumara görə oyun satmaqda ittiham olunur

İspaniya futbolunda oyun alveri ilə bağlı qalmaqal yaranıb.

“Valyadolid”in 7 futbolçusu qumara görə oyun satmaqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, İspaniya polisi həmin oyunçuları “Valensiya” ilə qarşılaşmada bilərəkdən məğlubiyyət nəticəsini təmin etməkdə günahlandırırlar. Primeranın son turunda “Valyadolid” öz meydanında rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu. Bununla da “Valensiya” Çempionlar Liqasına vəsiqə qazanmışdı. “Valyadolid”in futbolçularının hər iki hissədə rəqibə qol vurmaq şansı yaratdığını düşünürlər. Çünki futbolçular bu nəticəyə pul qoyuluşu ediblər. 10 min avro riskə gedən “Valyadolid”lilər bundan iki dəfə çox qazanıblar.

Polis alverdən futbolçulardan Karlos Arandanın telefon danışıqları sayəsində xəbər tutub. Bundan sonra oyunçunu həbs ediblər.

Polis “Valyadolid”in rəhbərliyini baş verənlərə görə ittiham etmir. Klubun sahibi Braziliya millisində və “Real”da məşhurlaşmış keçmiş futbolçu Ronaldodur.

Son xəbərlər
Bütün xəbərlər »