Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Timsahın qorxusundan iki gün ağacda yaşadılar

Avstraliyada iki balıqçını ölümdən xilas ediblər. Onlar timsahın qorxusundan iki gün ağacda yaşayıblar.

Bizimyol.info xəbər verir ki, avstraliyalıların qayığı Kakadu milli parkında batıb. Onlar bura balıq tutmağa gəlibmiş. Saut-Alliqator çayında çarəsiz vəziyyətdə qalan balıqçılar bir ağaca dırmaşmağa imkan tapıblar. Əlbəttə, üzüb ən yaxın sahilə çıxmaq olardı. Sadəcə, çayda çoxlu timsah varmış. Timsahların qorxusundan 48 saat ağac budağında oturub kömək gözləyiblər. Bütün əşyaları batdığından, heç kimə xəbər də verə bilməyiblər. Avstriyalılardan biri deyir ki, uzunluğu 3,5 metrə çatan timsahlar ağacın ətrafında dövrə vuraraq, şikarını gözləyirmiş.

İki gün ac-susuz yaşayan balıqçıları işlədikləri müəssisənin rəhbərinin sayəsində tapıblar. Onlar işdə peyda olmayanda müdir narahat olub. Vertolyotla axtarış başlayıb. Balıqçılar vertolyotu görəndə yanğınsöndürən balonla yerlərini göstəriblər. Onları xəstəxanaya çatdırıblar. Balıqçıların vəziyyəti sabitdir.

Son xəbərlər
Bütün xəbərlər »